Yağ və əzələ hüceyrələrindən ibarət yeni ət növü yaradılıb
18:46 07.02.2021
Sağlamlıq
579
Laboratoriya şəraitində yeni ət növü yaradılıb.
Kanadanın Hamilton şəhərindəki McMaster Universitetinin alimləri laboratoriya şəraitində həm yağ, həm də əzələ hüceyrələrindən ibarət yeni bir ət növü istehsal ediblər.
Sherg.az e-tibb.az-a istinadən bildirir ki, araşdırmaçılar-professor Ravi Selvaganapathy və professor Alirza Şahin-Şamsabadi insan orqan transplantasiyasında toxuma əldə etməklə bağlı tətbiq olunan bir texnologiyadan istifadə edərək laboratoriyada yetişdirilən incə işlənmiş əzələ və yağ hüceyrələrini yığaraq ət əldə etdiklərini açıqlayıblar: "Əvvəlcə bunu etmək üçün siçan hüceyrələrindən istifadə etdik, indi isə dovşan hüceyrələri ilə işləyirik".
Qeyd olunub ki, bu növün istehsalı insanların ən çox yediyi toyuq, mal əti və digər ət növləri üçün də keçərlidir.
Alimlər dovşan hüceyrələrindən əldə etdikləri yeni ət formasını bişirdiklərini və yediklərini açıqlayıblar. Bildirilib ki, bu, dünyada həm yağdan, həm də əzələdən ibarət toxumaya bənzər bir quruluş inkişaf etdirən ilk qrupdur: "Ətə ləzzət verən yağdır. Bizdən əvvəl araşdırma aparanlar əzələyə yağ əlavə edə bilməyiblər, yalnız əzələ inkişaf etdiriblər. Həm yağı, həm də əzələni birləşdirə bilən ilk qrup bizik".
Məhsulun yaxın gələcəkdə bazara çıxarılacağı da qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region