"Yağışdan çıxıb, yağmura düşürük": Quş qripi də “qapımızı döyə bilər" – Nə etməli?
13:06 05.02.2021
Sağlamlıq
775
“Koronavirusla bağlı həyata keçirilən tədbirlər digər virus və infeksiyaların da qarşısını almağa yardım edir”
“Quş qripi isə koronavirusdan fərqli olaraq, heyvandan insana keçən biləcək xəstəlikdir”
“Bu baxımdan məhdudlaşdırıcı tədbirlər, xəstəlik ehtimalı olan məhsulların idxalına qadağa qoyulması məntiqə uyğundur”
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi mütəmadi olaraq ölkə ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq üçün müvafiq tədbirlər həyata keçirir.
Agentlikdən verilən məlumata görə Hindistan Respublikasının Maxaraştra (Maharashtra) və Qücərat (Gujarat), Uelsin Anqlesey (Anglesey) və Almaniya Federativ Respublikasının Bavariya (Bavaria) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) məlumatına istinadən yayılan açıqlamada "yüksək patogen" quş qripi xəstəliyinin 35 ölkədə müəyyən edildiyi deyilir. Bununla əlaqədar olaraq Azərbaycana həmin inzibati ərazilərdən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq edilib.
Nəzərə almalıyıq ki, ölkədə koronavirus pandemiyası hələ bitməyib. “Yağışdan çıxıb, yağmura düşməmək üçün” atılan addım quş qripi xəstəliyinin qarşısını ala biləcəkmi?
“Sherg.az”ın sualını cavablandıran həkim və siyasətçi Həsrət Rüstəmov bildirib ki, həm koronavirusa, həm də quş qripinə qarşı zəruri tədbirlərin görülməsi düzgündür:
“Koronavirusla bağlı həyata keçirilən tədbirlər digər virus və infeksiyaların da qarşısını almağa yardım edir. Əsasən maskadan istifadə etmək və sosial məsafəni qorumaq infeksiyasiyanın yayılmaması üçün vahid mexanizmdir. Quş qripi isə koronavirusdan fərqli olaraq, heyvandan insana keçən biləcək xəstəlikdir. Bu baxımdan məhdudlaşdırıcı tədbirlər, xəstəlik ehtimalı olan məhsulların idxalına qadağa qoyulması məntiqə uyğundur.
Nə Azərbaycanda, nə də yaxın ölkələrdə bu günə qədər quş qripindən kütləvi yoluxma halı müşahidə edilib. Bir neçə il əvvəl olsa da, say etibarilə böyük hadisəyə çevrilə bilmədi. İnsanları təşvişə salmağın, həyəcanverici təbliğat qurmağın əleyhinəyəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil