Yay aylarında yüksək temperatur avtomobilin salonunda təhlükəli istilik yarada bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi əşyaları maşında saxlamaq həm onların zədələnməsinə, həm də təhlükəli vəziyyətlərə səbəb ola bilər.
Sherg.az xəbər verir ki, isti havalarda avtomobildə saxlanılması tövsiyə olunmayan 10 əşya bunlardır:
Dərmanlar - Yüksək temperatur onların kimyəvi tərkibini dəyişdirərək təsirini azalda bilər.
Elektron cihazlar - Telefon, noutbuk, kamera və digər cihazların batareyaları istidən zədələnə bilər.
Günəş kremi - Həddindən artıq istilik qablaşdırmanın deformasiyasına və ya partlamasına səbəb ola bilər.
Alışqan - Yüksək temperatur alışqanın partlama riskini artırır.
Plastik su butulkaları - İstidə plastikdən suya zərərli maddələr keçə bilər.
Batareyalar- İstilik səbəbindən sızma baş verə və təhlükə yarana bilər.
Qida və içkilər-Tez xarab olaraq qida zəhərlənməsi riski yaradır.
Aerozol məhsulları - Dezodorant və saç spreyi kimi məhsullar təzyiq altında partlaya bilər.
Kosmetik vasitələr - Pomada, krem və digər kosmetik məhsullar əriyərək yararsız hala düşə bilər.
Vacib sənədlər - Şəxsiyyət vəsiqəsi, pasport və digər sənədlər yüksək temperaturdan zədələnə bilər.
Mütəxəssislər yay aylarında avtomobili günəş altında uzun müddət saxlayarkən bu əşyaları salonda qoymamağı tövsiyə edirlər.