Yeni ştamm bəlkə də var
Məlahət Rzayeva
03:28 05.02.2021
Sağlamlıq
678
Qorxu ilə nə özünüzü, nə də uşaqlarınızı yükləyin
Virusun yeni ştammını bilmək üçün gərək hər xəstə uşaq test edilsin
“Ehtimal var ki, növbəti dalğanın sahibi mutant virus uşaqları yoluxdurmaq uçun xüsusi reseptora ehtiyac duymayacaq və daha çox uşaqları və gəncləri yoluxduracaq”. Bunu feysbuk hesabında pediatr Aytən İsmayılzadə yazıb. Pediatr qeyd edib ki, artıq Böyuk Britaniyada bu hallar var, amma uşaqlar arasında ağırlaşma halları qeydə alınmayıb:
- Ona görə hələ qorxu ilə özumuzu yükləməyək. Hazırlıq görulurmü? Ola bilər. Çunki nəyisə öncədən proqnozlaşdırmaq çətindir. Ölkəmizdə yeni ştamm varmı, bəlkə də var.
Bunu bilmək üçün gərək hər xəstə uşaq test edilsin. Amma edilmir. Çunki zatən bilsək belə edəcəyimiz nəsə yoxdur. Hələ ki uşaqlar xəstələnsə də, şükür ki, sağalırlar.
Həmişə olduğu kimi KRVİ diaqnozu ilə mualicə edirik, orqanizmə dəstək oluruq, ağırlaşıb-ağırlaşmayacağına nəzarət edirik. Yeni ştamm uşaqlardan böyuklərə keçə biləcək deyə yayılma artarsa, uşaq muəssisələri bağlanar. İndilik məsləhətim budur ki, böyuklər peyvənd olunsunlar. Bəlkə peyvənd yeni ştamma qarşı effektiv olar və böyuklər uşaqları yoluxdurmaz.
Uşaqları dərsdən yayındırmaq lazım deyil, məktəbə getsinlər, bir az dəyişiklik olar onlar üçün. Onsuz da vəziyyət ciddiləşsə yenidən evdə qalacaqlar. Vəziyyət isə onlar məktəbə getdikləri üçün ciddiləşməyəcək.
Bu, virusun aqressivliyinə bağlı olacaq. Yoxsa sadə virus kimi də ötüşüb keçə bilər.
Pediatr məsləhət görür ki, uşaqları indidən muxtəlif vitaminlərlə yükləmək lazım deyil. Bunun heç bir mənası da yoxdur:
- Ola bilər ki, uşaqları yoluxduran “COVİD” özunu rotavirusdan (qusma-ishalla müşahidə olunan) artıq formada aparmaz. Belə olduqda təhlukə də olmayacaq.
Məni narahat edən və valideynləri də narahat etməli olan bir məqam da uşaqların ümumiyyətlə peyvəndsiz qalmasıdır. Qızılca, göyöskurək, poliomielit kimi bildiyimiz ağır keçə bilən xəstəliklərin peyvəndini etməyi ləngitməyin. Əsas onların təhlukəsi böyükdür.
Dəqiq bildiyimiz budur. “COVİD” isə yeni hansı sürprizlə gələcək, onu dəqiq bilmirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil