Yeni “sürprizlərə” hazır olaq:““Delta +” ştammının “ayaq səsləri”... ”
Fidan Həmişəyeva
13:57 02.07.2021
Sağlamlıq
565
Koronavirusun yeni varinatı olan Delta ştammı sürətlə yayılmağa davam edir. Artıq dünyanın 11-dən çox ölkəsində yeni ştamma rast gəlinib.
Alimlər COVID-19-un Hindistan ştammına (DELTA) yoluxmuş xəstələrin dörd yeni simptomla qarşılaşdıqlarını bəyan edirlər. SARS-CoV-2-nin delta variantına yoluxanlar tez-tez ishaldan şikayətlənirlər. Halbuki pandemiyanın ilk dalğası zamanı bənzər simptom daha az müşahidə edilirdi. Bundan əlavə, Hindistan ştammının pasiyentləri qanqrenaya gətirib çıxaran trombların yaranması ilə qarşılaşırlar.
Hazırda Delta ştammının ölkəmizdə yayılıb-yayılmayacağına dair geniş müzakirələr aparılır. Xüsusilə, payız ayında müəyyən gərgin vəziyyətin olacağı iddia olunur. Həqiqətən də, yeni varinat Azərbaycan üçün təhlükəli hal yarada bilərmi?
Sualımızı cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a bildirib ki, dünyada “Delta” ştammı yaz aylarından mövcud idi. Professor qeyd edib ki, hazırda “Delta plus” ştammı sürətlə yayılmaqda davam edir:
“Koronavirusun “Delta plus” ştammının yoluxuculuq qabiliyyəti COVID-19-a nisbətən daha sürətlidir. Alimlər və tədqiqatçılar sözügedən ştammı yeni növ pandemiyanın başlanğıcı və qorxulu dördüncü dalğanın başlanğıcı hesab edirlər”. Delta plus”un əsas özəlliyi ondan ibarətdir ki, burada virusun çox asanlıqla hüceyrə daxilinə keçməsi mümkün olur və istifadə edilən peyvəndlər, insanlarda olan güclü immunitet “Delta plus”dan qorunmağa tam kifayət edə bilmir. Alimlərin fikrincə, immuniteti güclü olan şəxslər sözügedən virusu nisbətən yüngül keçirəcəklər. Buna baxmayaraq biz arxayın olmamalı və yeni sürprizlərə hazır olmalıyıq”.
A.Qeybulla hesab edir ki, “Delta plus” ştammının yayılması yeni növ ciddi dalğaya səbəb olma ehtimalını yüksəldir:
“Adıçəkilən ştamm çox yoluxudur və öldürücülük qabiliyyəti də yüksəkdir. Koronavirus infeksiyası yayılanda uşaqların xəstəliyi əlamətsiz keçirmələrini bildirirdik, indi uşaqlarla bağlı vəziyyət gərgindir. “Delta plus” uşaqlara təsirsiz ötüşmür və onların əsasən mədə-bağırsaq sistemlərində ciddi problemlərə gətirib çıxara bilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm