Yeni yayılan virus üçün risk qrupları açıqlandı
Yusif Nəzərli
02:32 07.01.2025
Sağlamlıq
501
"Beş yaşa qədər uşaqlar, 65 yaşdan yuxarı insanlar və immun çatışmazlığı olan şəxslər metapnevmovirus infeksiyasını ağır keçirə bilərlər. Buna görə də, onlar risk altındadır," - deyə Rusiyanın Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş ştatdankənar mütəxəssisi, professor Vladimir Çulanov bildirib.
Milli.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyaları kimi özünü göstərir. Onun əsas simptomları öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı və səsin boğulmasıdır. Yetkinlərdə xəstəlik bəzən simptomsuz keçə bilər.
Mütəxəssis əlavə edib ki, metapnevmovirus dünyanın hər yerində geniş yayılıb və kəskin respirator virus infeksiyalarının əsas patogenlərindən biridir.
Qeyd edək ki, Çinin şimal əyalətlərindəki xəstəxanaların əksəriyyəti uşaq və yeniyetmələrdən ibarət metapnevmovirus xəstələri ilə doludur. Xəstəlik COVID-19-a bənzər simptomlarla müşahidə olunur: boğaz ağrısı, öskürək, zəiflik, başgicəllənmə və titrəmə.Ümumilikdə isə xəstəlik yüngül keçir, lakin immun sistemi zəif olan şəxslərdə bronxit və pnevmoniya riskini artırır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol
Qan donduran hadisə: Evdən 14 uşaq çıxdı - Çinli cütlük saxlanıldı
15:12 07.10.2026
Hadisə
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
15:10 07.10.2026
Dünya