
Yeniyetmələrdə xəstəlik riski: Siqaret çəkənlərin çoxalması, keyfiyyətsiz qidalar... -RƏY
10:09 17.04.2024
Sağlamlıq
608
Son beş ildə Azərbaycanda 14-17 yaşlı yeniyetmələr arasında ümumi xəstələnmə göstəriciləri və bütün sistemlər üzrə xəstələnmələrin rastgəlmə tezliyi artıb. Bunu səhiyyə nazirinin müavini İlqar Qasımov parlamentdə “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan 10 milyondan çox olan əhalinin 0-17 yaşlı uşaq və yeniyetmələrin sayı 2 milyon 633 054 nəfərdir: “Son 5 ildə aparılan təhlillərə əsasən, 0-13 yaşlı uşaqların ümumi xəstələnmə göstəriləri azalsa da, tənəffüs və həzm sistemləri, onkoloji, psixoloji və davranış pozğunluğu, göz xəstəlikləri, qan dövranı xəstəlikləri üzrə xəstələnmə hallarına rastgəlmə tezliyi artıb. Həmçinin 14-17 yaşlı yeniyetmələr arasında ümumi xəstələnmə göstəriciləri və bütün sistemlər üzrə xəstələnmələrin rastgəlmə tezliyi də son 5 ildə artıb”. Nazir müavinin sözlərinə görə, 14-17 yaş daha sağlam dövr hesab edilsə də, son zamanlar mütəxəssislər yeniyetməlik dövrünün gələcəkdə gənclərin sağlamlığı üçün son dərəcədə vacib olduğunu bildiriblər: “Ona görə də bu dövrdə sağlamlıq məsələsinə xüsusi diqqət edilməsini tövsiyə edirlər. Məhz bu yaşda insanın sonrakı həyatında sağlamlığına təsir göstərəcək bir çox xroniki xəstəlik və pis vərdişlər yaranır. 18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə göstəriciləri Abşeron-Xızı və Bakıda qeyd olunur”.
Maraqlıdır, indiki dövrdə gənclərin xəstələnmə göstəricilərinin artması nə ilə bağlıdır?
Sualımızı cavablandıran professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, burada bir çox səbəblər mövcuddur:

"Belə ki, verilən statistika ekologiya, qidalanma, içməli su, Covid19 virusunun nəticələri ilə bağlıdır. Bu nüansların hər biri insan sağlamlığında mühüm rol oynayır. Məsələn, son vaxtlar uşaqlar arasında müəyyən xəstəliklərin, onkoloji xəstələrin artması müşahidə edilir. Gənclər arasında hansı xəxstəliklərin çoxalması və bunun nədən qaynaqlanması üçün geniş tədqiqatlar lazımdır. Hər bir ölkə demoqrafik durumunu nəzərə alaraq sınaqlar aparır. Daha sonra nəticələr ümumiləşdirilməlidir. Günümüzdə dünyada baş verən qlobal iqlim dəyişikliyi, ekoloji problemlər, havanın çeşidlənməsi, gənclər arasında siqaret çəkənlərin çoxalması, keyfiyyətsiz qidalar, vəziyyətə təsir edən amillər arasındadır. Rayonlarda demək olar ki, kənd təsərrüfatı ilə məşğul olan yoxdur. Artıq hər kəs brolyer toyuqlarından və yumurtalardan istifadə edir. Bir sözlə, rayonda yaşayanlar da şəhərdəkilər kimi həyat tərzi sürürlər. Örüş sahələri yoxdur, əksəriyyəti özəlləşdirilib. Yeni yaranmış stiuasiya müxtəlif xəstəliklərin tüğyan etməsinə gətrib çıxarr. Ona görə də rayon və şəhər arasında sağlamlıq fərqləri cuzidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Öldürülən ABŞ pilotunun atası İranla müharibəyə qarşı çıxdı
20:36 20.03.2026
Dünya
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya