Bir çox insan aldığı yumurtaları evə gəldikdən sonra yuyur. Lakin mütəxəssislər bildirir ki, yumurtanı yumaq düzgün deyil. Bəs niyə yumurta yuyulmamalıdır?
Sherg.az xəbər verir ki, yumurta qabığı minerallar, keratin və sudan ibarət olub təxminən 20-30 mikron qalınlığındadır. Qabıq üzərində təxminən 7500 ədəd məsamə mövcuddur. Eyni zamanda qabığın üzərində gözlə görünməyən “kutikula” adlı qoruyucu təbəqə var. Bu təbəqə mikroorqanizmlərin məsamələrdən içəri keçməsinin qarşısını alır.
Yumurtaları qabıq üzərindəki kir və bakteriyalardan təmizləmək üçün yumaq istəyirik. Ancaq bu proses yumurtanın qoruyucu xarici qatına zərər verir. Nəticədə bu qat nazilir, məsamələr genişlənir və bakteriyaların içəri keçməsi daha asan olur.
Yumurta necə saxlanmalıdır?
Yumurtaları yuyulmadan, alındığı karton və ya plastik qabın içində saxlamaq tövsiyə olunur. 0–5°C temperaturda, öz qabında saxlanan yumurtalar işıqdan və digər qoxulardan qorunur. Eyni zamanda yumurtada ola biləcək salmonella bakteriyasının digər qida və içkilərə keçməsinin qarşısı alınır.