"...Jurnalistika standartları da böhran keçirir" - Natiq Məmmədli
Yusif Nəzərli
10:14 12.10.2021
Media
1201
“Hər yerdə olduğu kimi Azərbaycanda da medianın əsas məsələsi ona cəmiyyətin inamıdır. Mediaya inam isə media əxlaqı ilə birbaşa bağlıdır.Media əxlaqından kənarda jurnalistika olmur, olarsa, bu, kobud propoqanda vasitəsidir, jurnalistika deyil”.
"Sherg.az" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin bu gün Zoom platforması üzərindən təşkil etdiyi “Media etikası - jurnalist peşəkarlığının əsas prinsipidir” adlı konfransda Agentliyin şöbə müdiri Natiq Məmmədli bildirib.
N.Məmmədli qeyd edib ki, dünyada beynəlxalq hüquq və digər humanist dəyərlər kimi jurnalistika standartları da böhran keçirir və biz bunun Azərbaycana münasibətdə, xüsusən də 44 günlük Vətən müharibəsi zamanı bir daha şahidi olduq.
“Ötən əsrin 70-ci illərində Amerika medaisında formalaşmış “qonzo jurnalistika” jurnalistikanın bütün prinsiplərini rədd edirdi, yalnız subyektiv mülahizələrlə əsaslanır, peşə etkisanı saya salmırdı. Biz Vətən müharibəsi zamanı “WarGonzo kanalı”nın və yalançı Peqovun timsalında belə bir dezinformasiya maşının Azərbayacana necə çamur atdığını gördük”, - deyə N.Məmmədli vurğulayıb.
Onun sözlərinə görə Azərbaycan jurnalistləri ölkəmizə yönələn təhdidlərə cavab verəndə də məhz peşə etikasına istinad etməlidirlər:
“Hüquqi məsuliyyətdən fərqli olaraq əxlaqi məsuliyyət insan tərəfindən dərk olunmuş, daha geniş spektri əhatə edən və mədəni səviyyə ilə bağlı olan məsuliyyətdir. Jurnalist media əxlaqını anlamır və ya prinsipləri pozursa o, həm media cameəsi, həm də cəmiyyət tərəfindən ictimai qınağa tuş gələ və reputasiyasını korlaya bilər”.
Xəbər lenti
Hamısına bax
Çinli gənc milyarder sərvətinin 90 faizini itirdi
19:55 21.11.2026
Dünya
“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb
19:23 21.11.2026
Futbol
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya