Diabetli xəstələr kovidi çox ağır keçirir – Nə etməli?
18:17 12.12.2021
Sağlamlıq
969
Kovid pandemiyasında ən çox itkilər şəkərli xəstələr arasında oldu. Nəyə görə həkimlər diabetli kovid xəstələrindən daha çox narahatdır?
Sherg.az Medicina.az-a istinadən xəbər verir ki, rusiyalı həkim reanimatoloq Valeriy Stelnikov bunun səbəblərini açıqlayıb.
O, şəkərli diabetlə yanaşı kovidli xəstələrin xilası üçün nələr lazım olduğunu bildirib.
“Məsələ bundadır ki, koronavirus bədəndə güclü iltihab yaradır. Diabetdə isə onsuz da öncədən xəstənin orqanizmində iltihab yüksək səviyyədə olub. Məsələn, şəkərli xəstənin qanında həmişə EÇS normadan yüksək olur. Buna kovid təsir etdikdə, rəqəmlər anormal yüksəlir.
Əsas təhlükə bu xəstələrin gəzən bomba olmasıdır. Yaşlı diabet xəstəsi tromboz, insult, infarkta daha yaxın olur. Kovid bu təhlükəni 80% artırır.
ÜST statistikasına görə, diabet dünyada insanların ölüm səbəbi içində 3-cü yerdədir.
Çində aparılan araşdırmaya görə, qanında yüksək qlükoza olan xəstələrin koviddən ölüm faizi digər xəstələrdən 3 dəfə çox olub.
Diabet xəstələrini koviddən maksimum qorumaq lazımdır, çalışıb yoluxdurmamaq. Əgər yoluxdusa, bu xəstələr bir gün də həkimsiz qalmamalıdır. Birinci olaraq hospitəlizə olunmalıdır. Onların kovid müalicəsi ilə yanaşı diabeti də nəzarətdə saxlanılır.
Bu xəstələrə ilk gündən antikoaqulyantlar – qan durulducu təyin edilməlidir. Ola bilər, dərman atırsa, insulinə keçməlidir. Mütləq şəkər dərmanlarını dozasını dəyişməlidir. Qanda şəkər kovid zamanı maksimum aşağı həddə salınmalıdır. Bu xəstələrdə diabetik ketoasidoz baş verə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şahzadə Harri: Orduya qayıda bilərəm
11:47 20.11.2026
Dünya
Tramp: İran məsələsində tələsmirəm
11:27 20.11.2026
Gündəm
Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır
11:11 20.11.2026
Sağlamlıq
Fransa: Əsgərlərimiz zaman-zaman Ukraynada olub
10:59 20.11.2026
Gündəm
“Yuventus” Makkenninin transferinə icazə vermədi
10:56 20.11.2026
Futbol
Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb
10:16 20.11.2026
Hadisə
Tramp tarixi üçtərəfli sammiti dəyərləndirdi: 10 üzərindən 12 bal
10:02 20.11.2026
Dünya
ABŞ Senatından Trampa İrana hücum dəstəyi gəldi
09:58 20.11.2026
Gündəm
Mossad rəhbəri ABŞ-ı İrana zərbələri bərpa etməyə çağırıb
09:57 20.11.2026
Dünya
Agentliyə yeni şöbə müdiri təyin olunub
09:36 20.11.2026
Elm və Təhsil
Bakıda gənc oğlan dostu tərəfindən bıçaqlandı
09:28 20.11.2026
Hadisə
QHT-lər üçün qrant müsabiqələri elan olundu - ŞƏRTLƏR
09:19 20.11.2026
Sosial
Bakının bir sıra yollarında tıxac yaranıb
08:57 20.11.2026
İnfrastruktur
Noyabrın 20-si üç BÜRC üçün xüsusi gün olacaq
08:48 20.11.2026
Sosial