Cütlük heyvanlarla danışa bilirlər
Yusif Nəzərli
02:48 19.02.2022
Relaks
1178
Susie bildirir ki, bütün insanlar heyvanlarla ünsiyyət qurmaq istedadına malikdir
Susie Shiner və Paul Brithwaite cütlüyü qeyri-adi istedada malik olduqlarını və bunun sayəsində heyvanlarla – hətta ölü, ya diri fərq etmir – danışa bildiklərini iddia edirlər. Bu, nə dərəcədə həqiqətəuyğundur? “Şərq” “Milliyet.com”da yer alan məlumatı oxuculara təqdim edir. Susie və Paul cütlüyü İngiltərədə yaşayır. Onlar iddia edir ki, heyvanlarla ünsiyyət qura bilirlər. Məsələn, bəslədiyiniz it və ya pişiyin doyub-doymadığını, təmizlənməyə ehtiyacı olub-olmadığını, istəklərini onların özündən soruşurlar. Cütlük bunu telepatiya üsulu ilə gerçəkləşdirdiyini deyir. Telepatiya birbaşa ünsiyyət olmadan, beyin dalğalarını hərəkətə gətirməklə əlaqə yaratmaqdır. Telepatiya deyilən bir hipotez var, lakin onun nə dərəcədə real olduğu da müzakirə mövzusudur. Susie və Paul isə məhz telepatiya vasitəsilə heyvanlarla ünsiyyət qurduqlarını iddia edir. Cütlük feysbuk sosial şəbəkəsində səhifə açıb və özlərini “İngiltərənin heyvanlarla əlaqə yaradan ən etibarlı cütlüyü” olaraq tanıdırlar. Susie bildirir ki, bütün insanlar heyvanlarla ünsiyyət qurmaq istedadına malikdir. Bu, hər bir canlının anlayacağı ümumi bir dildir. Cütlük malik olduqları istedadı əyani nümayiş etdirmək üçün turlar da təşkil edir. Turlara qatılanlara heyvanlarla necə anlaşdıqlarını göstərirlər. Cütlüyün bu fitri istedadına böyük maraq var və onlara müraciət edənlərin sayı da getdikcə artır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya