Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı
Yusif Nəzərli
07:00 16.08.2022
Cəmiyyət
489
Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi vəzifəsindən azad edilib.
“Qaynarinfo”nun əldə etdiyi məlumatına görə, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə dünən Katibliyin rəisi, gömrük xidməti polkovniki Şükürov Muxtar Fazil oğlu işdən çıxarılaraq, təqaüdə göndərilib.
Qeyd edək ki, bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin müvafiq əmri ilə Muxtar Şükürov “Abşeron” gömrük postunun rəisi vəzifəsindən azad edilərək, Komitə Katibliyinin rəisi vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, avqustun 4-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun əmri ilə “Azərterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin şöbə rəisi Rəfail Niftəliyev vəzifəsindən azad edilib.
Zeynal Tarquluyev Səfər Mehdiyevin qaynı, Rəfail Niftəliyev isə baldızı oğludur.
Eyni zamanda, S.Mehdiyevin kadrlarından olan Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov da avqustun 5-də təqaüdə göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq