
General narahatlığını dilə gətirdi
Yusif Nəzərli
01:34 25.11.2022
Gündəm
635
Rus sülhməramlılarının yerləşdiyi əraziyə texnika daşınır
"Gecikmədən, yubanmadan qəti və sərt addımlar atmalıyıq. Keçən hər gün separatçılara və onların dəstəkçilərinə əlavə şans yaradır ki, ərazilərimizi daha çox çirkləndirsinlər"
"İki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələr hər vəchlə maneçilik törətməyə çalışır". Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini general-leytenant Ceyhun Şadlinski “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfransda deyib.
General bildirib ki, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması narahatlıq doğuran məqamdır: "Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikalar daşınır. Orada müxtəlif təxribat xarakterli tədbirlər keçirilir. Bunlar xüsusilə diqqət çəkir".
Həmçinin C.Şadlinski vurğulayıb ki, Ermənistan müasir silahlar almağa cəhd göstərir, sülh müqaviləsinin imzalanmasını yubatmağa meyil edir.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov "Şərq"ə açıqlamasında deyib ki, vəziyyət o qədər dözülməz həddə çatıb ki, artıq Azərbaycanın yüksək rəsmiləri də məsələni dilə gətirməyə, ictimailəşdirməyə ehtiyac görüblər. Ekspert vurğulayıb ki, görünür, söhbət Qarabağa qeyri-qanuni daşınan atıcı silahlardan, minalardan getmir:

"İlk dəfə idi ki, belə bir iclasda DTX generalı, müdafiə naziri və digər yüksək ranqlı rəsmilər bu məsələni açıq formada gündəmə gətirirlər. Həm Ermənistan hökumətinə, həm də torpaqlarımızda yerləşdirilmiş Rusiya sülhməramlılarına siqnal, mesaj verilir. Anlaşılan odur ki, separatçılara ağır hərbi texnikalar çatdırılır. Gecikmədən, yubanmadan qəti və sərt addımlar atmalıyıq. Keçən hər gün separatçılara və onların dəstəkçilərinə əlavə şans yaradır ki, ərazilərimizi daha çox çirkləndirsinlər. Qarabağa daşınan sursatlara, oradakı qanunsuz birləşmələrin silahlanmasına çox ciddi yanaşmalıyıq. Şuşanın iki addımlığında cəmlənmiş silahlar sabah bizə qarşı çevriləcək. Məqsəd bölgədə yaradılmış infrastruktura ziyan vurmaq, sakinlərin həyatını təhlükə altında qoymaq üçün təxribat törətməkdir. Təbii ki, bu məsələdə heç bir halda seyirçi mövqe tutmamalıyıq və düşmənin bütün təxribatlarının qarşısını almalıyıq. Hesab edirəm ki, hərbi attaşelərin Laçına, Sarıbaba yüksəkliyinə getməsi də sıradan hadisə deyil. Adekvat tədbirlərimiz, cavab addımlarımız olacaq, ancaq hansı formada olacağına ölkə rəhbərliyi qərar verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə