Blinken Lavrovla Qerşkoviçlə bağlı danışıq aparıb
15:01 02.04.2023
Dünya
505
Aprelin 2-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Dövlət katibinin casusluqda şübhəli bilinən ABŞ vətəndaşı E.Qerşkoviçin Rusiyada saxlanması ilə bağlı qaldırdığı məsələnin müzakirəsi kontekstində E.Blinkenin diqqəti Rusiya hakimiyyətinin qanunvericiliyə uyğun olaraq qəbul edilmiş qərarlarına hörmətlə yanaşmağın zəruriliyinə yönəldilib. Vurğulanıb ki, Vaşinqtonda rəsmilərin və Qərb mediasının bu işə siyasi çalar qatmaq niyyəti ilə hay-küy salması qəbuledilməzdir.
S. Lavrov xüsusilə qeyd edib ki, E.Qerşkoviç jurnalist statusu adı altında dövlət sirri təşkil edən məxfi məlumatları əldə etməyə çalışarkən cinayət başında yaxalanıb. Saxlanılması barədə ABŞ-ın Moskvadakı səfirliyinə müəyyən edilmiş qaydada məlumat verilmiş ABŞ vətəndaşının qanunsuz fəaliyyəti ilə bağlı müəyyən edilmiş faktlar fonunda onun sonrakı taleyi məhkəmə tərəfindən müəyyən ediləcək.
Söhbət zamanı ikitərəfli xarakter daşıyan bəzi aktual məsələlərə də toxunulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm