Rusiya büdcəsində 4 trilyonluq kəsir yarandı
18:12 02.04.2023
Dünya
550
Rusiya büdcəsinə martın sonuna 2,5 trilyon rubl əlavə gəlir daxil olub.
Axar.az-ın Musavat.com-a istinadən xəbərinə görə, bu barədə Rusiya maliyyə naziri Anton Siluanov məlumat yayıb.
Nazir bildirib ki, büdcənin neft-qaz gəlirlərinin azalması müşahidə olunur:
“Ona görə ki, neft-qaz qiymətləri büdcədə nəzərdə tutulandan bir qədər fərqlənir. Lakin əminəm ki, biz bütün büdcə öhdəliklərini yerinə yetirə biləcəyik”.
Mart ayında Baş nazir Mixail Mişustin bildirmişdi ki, Rusiya dövlət büdcəsinin kəsiri 3,3 trilyon rubl təşkil edir. “Elektron büdcə” sisteminin məlumatına əsasən, 28 mart tarixinə büdcənin gəlirləri 3,49 trilyon rubl, xərcləri isə 7,50 trilyon rubl təşkil edib. Bu isə büdcədə 4 trilyon rubldan yuxarı kəsirin olması deməkdir. Maliyyə nazirinin dediyi 2,5 trilyon bu kəsirin həcmini azaltsa da, tam aradan qaldırmağa yetərli deyil.
Qeyd edək ki, sanksiyalar üzündən neftini dünya bazar qiymətindən 40 dollara yaxın ucuz satan Rusiya bu ilin əvvəlindən büdcəni doldurmaqda ciddi çətinliklərlə üzləşib. Mart ayında neft qiymətlərinin 75 dollar civarına düşməsi bu çətinlikləri daha da artırır. Belə ki, Rusiya büdcəsi neftin 70 dollar qiyməti ilə hesablanıb. Bunun qarşılığında yanvar-fevral aylarında Rusiyanın əsas ixrac məhsulu olan “Urals” neftinin orta qiyməti 49 dollar təşkil edib.
Hazırda Rusiya OPEK+ razılaşmasına daxil olan ölkələrə hasilatı azaltmaqla bağlı təzyiq və təsirləri artırır. Rusiyanın özü martın 1-dən etibarən gündəlik hasilatı 500 min barrel azaltdığını elan edib. Digər ölkələrin hasilatı azaltmasına nail olmaqla Rusiya dünya bazarında qiymətlərin 80 dollardan aşağı düşməsinin qarşısını almağa çalışır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm