
7 yaşlı uşağın ölümündə anasının “əli” olub? - Jurnalistdən ŞOK FAKTLAR
Yusif Nəzərli
10:09 03.05.2023
Gündəm
928
“Sumqayıtda idman zalında ölən uşağın anasından gözüm su içməmişdi. Bu gün səhər mənə gələn zəngdən bir daha əmin oldum ki, bu qadın o manyak qədər uşağın ölümündə rol alıb”.
“Sherg.az” xəbər verir ki, bu sözləri Feysbukda tanınmış jurnalist Ləman Ələşrəfqızı yazıb.

O, məşq zamanı aldığı ağrı xəsarətlərdən sonra dünyasını dəyişən 7 yaşlı uşağın anası ilə bir sıra iddialar səsləndirib:
“Zəng edən köhnə tanışlarımdan biridir. Həyat yoldaşı hadisə yerinə ən tez yetişən polis əməkdaşlarından biri olub. O nələr görüb,nələr.
Qadın deyir ki, müharibə iştirakçısı olan həyat yoldaşım 3 gündür özünə gələ bilmir. Körpənin cansız bədəni onun qucağında olub. Bədənində dişlək yerləri polis əməkdaşını şübhələndirib. Anasından soruşanda deyib ki, uşağımı əzizləyəndə onu belə dişləyirəm. Görüntülər ortaya çıxandan sonra ana adlı məxluq sözlərini dəyişib. Görüntülər isə tək paylaşılanlardan ibarət deyil. Uşağa işgəncə kadrları yenə var. Bəs, bu şərəfsiz niyə məhz 7 yaşlı bu uşağı hədəf seçib? Bu sualın cavabı da məncə ana adlı o məxluqatdadır.
Qısası, "ana havalanıb", " bədbəxt, zavallı ana" ifasələrini yazanda heç tələsməyin. Bədbəxt 7 yaşlı o körpə idi, onu da Allah öz yanına apardı. Cinayətkarların cəzası isə ağır olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:28 10.11.2026
Ekologiya