Baş nazir bununla regionda sabitliklə yanaşı, həm də hakimiyyəti üçün dayanıqlı vəziyyət formalaşdırmış olur
Paşinyan sülh sazişinin imzalanmasında maraqlıdır - Partiya sədri
11:15 06.07.2023
Siyasət
656
Baş nazir bununla regionda sabitliklə yanaşı, həm də hakimiyyəti üçün dayanıqlı vəziyyət formalaşdırmış olur
Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanla aparılan sülh danışıqlarının əhəmiyyətindən danışıb. Erməni xalqına müraciət edən Paşinyan xarici təhlükəsizlik baxımından ciddi problemlərin olduğuna diqqət çəkib. Baş nazir əminliklə vurğulayıb ki, hökumətin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur: “Çünki sülh bizim suverenliyimiz və təhlükəsizliyimiz üçün ən etibarlı amildir. Sülh gündəminin həyata keçirilməsi sadə səbəbə görə hələ də təmin edilməyib. Sülhə nail olmaq üçün bütün lazımi qanuni səyləri göstərməliyik". Hökumət başçısı iki ölkənin qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıması məsələsini də gündəmə gətirib. Bildirib ki, Ermənistan Respublikasının 29,8 min kvadrat kilometr ərazi bütövlüyünün tanınması İrəvanın əsas məsələsidir.
Baş nazirin açıqlamasını "Sherg.az"a dəyərləndirən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, Paşinyan ümumi anlamda Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlıdır. Partiya rəhbəri bəyan edib ki, sülh müqaviləsinin imzalanması regionda sabitliklə yanaşı, həm də Paşinyan hakimiyyəti üçün dayanıqlı vəziyyət formalaşdırmış olur:
"O səbəbdən Paşinyan sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Amma Ermənistan tərəfinin öz tələbləri, şərtləri var. İrəvanın istəklərindən biri də Paşinyanın son günlər davamlı olaraq dilə gətirdiyi "Ermənistanın 29 min kvadrat kilometr ərazisinin Azərbaycan tərəfindən tanınması" məsələsidir. Bir neçə ay əvvəl Paşinyan hökumətin iclasında, o cümlədən parlamentdə də ərazi bütövlüyü və bunun rəsmən tanınması məsələsini qaldırmışdı. Baş nazir fərqindədir ki, 29 min kvadrat kilometr ərazi Ermənistan torpaqları deyil. Şübhəsiz, Azərbaycan heç bir halda İrəvanın ərazi iddialarını, sərhədlərin müəyyənləşməsi ilə bağlı gündəmə gətirdiyi xəritələri qəbul etməyəcək. Paşinyanın mütəmadi müzakirə mövzusuna çevirdiyi 1991-ci və 1975-ci illərin xəritəsində tarixi Azərbaycan torpaqları "mübahisəli ərazilər" kimi qeyd olunub. Ancaq 1918-20-ci illərdə Azərbaycan və Ermənistan tamam fərqli sərhədlərə malik idilər. Əgər Azərbaycan, o cümlədən Ermənistan 1918-20-ci illər ərzində mövcud olmuş respublikaların hüquqi varisidirsə, o zaman həmin sərhədlər daxilindəki ərazilərin də varisi sayılır. Paşinyan gözəl bilir ki, rəsmi Bakı gec-tez bu məqamlarla bağlı haqlı iddiasını ortalığa qoyacaq".
A.Əlizadə vurğulayıb ki, Azərbaycan Ermənistanın 30 il ərzində vurduğu zərərə görə İrəvana təzminat davası açmaq ərəfəsindədir: "Təzminat davası çərçivəsində Ermənistanın geri ödəmək imkanına sahib olmadığı milyardların əvəzinə tarixi torpaqlarımızdan vaz keçilməsi məsələsi gündəmə gətirilə bilər. Paşinyan indidən erməni cəmiyyətinə izah etməyə çalışır ki, Azərbaycan tərəfi tarixi torpaqlarına iddia qaldırmamış, 29 min kvadrat kilometr ərazini tələsik "Ermənistan torpaqları" kimi qəbul etdirmək lazımdır. Baş nazirin diqqət yönəltdiyi məsələlərdən biri də Qarabağ bölgəsində yaşayan ermənilərin "təhlükəsizliyi" və beynəlxalq mexanizmin tətbiq olunmasıdır".
Partiya sədrinin sözlərinə görə, Paşinyan Rusiyanın boyunduruğundan xilas olmağa çalışır: "Erməni Baş naziri hakimiyyətə gətirən Qərbin tələblərindən biri də Ermənistanın Rusiya ilə münasibətləri məhdudlaşdırmasıdır. Baş nazir anlayır ki, sülh müqaviləsinin imzalanması Moskvanın İrəvana təsir imkanlarının zəifləməsi deməkdir. O baxımdan Paşinyan bəzi məqamlara görə sülhü istəyir. Ancaq irəli sürülən şərtlər prosesin uzanmasına səbəb olur. Hətta sülh müqaviləsi imzalanacağı təqdirdə belə qətiyyən Ermənistanın 29 min kvadrat kilometr ərazisini tanımamalıyıq. Saziş imzalansa da, sərhədlərin demarkasiya və delimitasiya prosesi davam edə bilər. Bu, beynəlxalq praktikada mövcuddur. Hətta dost münasibətdə olduğumuz qonşu Gürcüstanla belə sərhədin bəzi yerlərində anlaşılmazlıq hələ qalmaqdadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya