Fransa çox ölkələrdən üzr istəməlidir - Politoloq
09:15 06.07.2023
Siyasət
564
1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirilməsi bu ölkənin əsl mahiyyətinin göstəricisidir
Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısında çıxışı zamanı Fransa ilə bağlı dedikləri xüsusi diqqət çəkir. Ölkə başçısı iyunun 27-də Fransanın Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı Əlcəzair əsilli Fransa vətəndaşını güllələyərək öldürməsi məsələsinə toxunub. Prezident qeyd edib ki, rəsmi Bakı BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyir. Məlum hadisə fonunda Fransada etiraz aksiyaları hələ də davam edir.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, ümumiyyətlə, bu, Fransada ilk hal deyil. Ekspert vurğulayıb ki, dünyaya "demokratiya" dərsi keçən Fransada islamafobiya, antisemitizm, irqçilik kimi neqativ tendensiyalar sürətlə artmaqdadır: "Təsadüfi deyil ki, Fransadakı vəziyyətlə bağlı BMT Parisi “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanat yayıb. Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb. Fransa 19-20-ci əsrlərdə dövrün imperialist, kolonialist ölkəsi kimi həm Afrika, həm də Asiya qitəsində insanlığa sığmayan bir çox cinayətə imza atıb. Xüsusilə Cənub Şərqi Asiyada Vyetnam, Kamboçya, Laos, Qərbi Afrika, Əlcəzair, Tunis, Burkina Faso, Mali, Toqo və digər ölkələrdə bilinən və bilinməyən bir çox insanlıq xarici aktları icra edib. Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirilməsi isə bu ölkənin əsl mahiyyətinin göstəricisidir. Rəsmi Paris bu gün başda Əlcəzair olmaqla soyqırım və insanlıq cinayətləri törətdiyi ölkələrdən üzr istəmək yerinə Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərini müharibə qənimətləri kimi saxlayır və ziyarətçilərə qürur mənbəyi kimi sərgiləyir".
Analitik diqqətə çatdırıb ki, Prezident İlham Əliyev çıxışı zamanı növbəti dəfə Fransa Prezidenti Emmanuel Makronun və Fransa dövlətinin üzr istəməsini qeyd edib: "Dövlət başçısı çıxışı zamanı Fransanın Korsika adasına qarşı etdiyi diskriminasiya və etnik ayrı-seçkiliyə toxunub. Korsika adası Fransanın ərazi bütövlüyü kimi tanınsa da ada əhalisi fransız deyil. Danışdıqları dilin də fransız dilinə bənzərliyi yoxdur. Korsika adasının sakinləri adanın yerli aborigen xalqıdır. Hətta Korsika adasının sakinləri Avropanın ən qədim sakinlərindən hesab edilir. Bu gün Korsikada baş verən hadisələr separatizm deyil. Ada əhalisi Fransanın yerli Korsika dilinə qarşı qadağası və ada sakinlərinə qarşı edilən ikili standartlardan narahatdır. Məhz buna görə də ada sakinləri öz müqəddəratlarını təyin etmək istəyirlər. Fransa öz ərazi bütövlüyü daxilində olan bir adanın yerli sakinlərinin dilinə, mədəniyyətinə hörmət etməyib qadağalar tətbiq etdiyi halda özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Halbuki Azərbaycanda heç bir etnikə ayrı-seçkilik edilmir. Mədəniyyətlərini, dinlərini yaşatmaları üçün lazımi imkanlar tanınır. Əslində bu hal bir daha onu göstərir ki, Fransa insan haqları, azadlıqlar, demokratiya kimi dəyərləri öz imperialist maraqları üçün istifadə edən nekoloniolost imperialist faşist Vişi hökumətin davamçısıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya