
Restoranlarda ZƏHƏRLƏNMƏ: Qarşısını necə alaq?
Yusif Nəzərli
15:20 10.07.2023
Cəmiyyət
799
"Təəssüf ki, restoran sahibləri qidaların alınması, saxlanması, hazırlanmasına nəzarət etmirlər. Mətbəx işçiləri qidaları hazırlayarkən ciddi pozuntulara yol verirlər. Nəticədə isə qida zəhərlənmələri baş verir və insanların həyatı təhlükəyə atılır".
Bunu "Sherg.az"a qida mütəxəssisi Asim Vəliyev Ağcabədidə toyda kütləvi zəhərlənmədən danışarkən deyib.
Ekspertin sözlərinə görə, restoran və şadlıq saraylarında zəhərlənmə halları daha çox qarpız, pomidor kimi məhsullardan rast gəlinir:
"Çünki məhsullar yetişdirilərkən müxtəlif gübrə və dərmanlardan istifadə olunur. Nəticədə bu məhsulun tərkibinə təsir edir və insan orqanizminə düşdüyü zaman toksiki təsir göstərir. Həmçinin yüksək risk qrupuna aid ət və ət məhsulları, süd və süd məhsulları da zəhərlənməyə səbəb ola bilər. Bir çox hallarda bizə bəzi restoran və şadlıq saraylarında ucuz qiymətə satılan leş ətlərindən hazırlanmış qidaların serviz edildiyi barədə məlumatlar da daxil olur. Kiloqram başına 1 manatdan alınan leş ətləri kilosu 3-4 manata bir çox restoran və şadlıq saraylarına satılır. Bəzi salatların hazırlanmasında istifadə olunan konservləşdirilmiş məhsullardan da, həmçinin salatlara vurulan mayonezin də səbəb olduğu zəhərlənmə halları baş verir. Bir çox restoran və şadlıq saraylarında günlər öncə hazırlanıb, düzgün saxlanılmayan qidalar, xüsusilə salatlar serviz edilir. Yay ayları meyvə və tərəvəzlərin bol olduğu mövsümdür. Meyvə və tərəvəzlərin yuyulmasına, onların düzgün saxlanmasına diqqət yetirilmir. Çox vaxt restoran və şadlıq sarayına qida məhsulu alarkən ucuz olsun deyə açıq şəkildə düzgün saxlanılmayaraq, satılan yüksək risk qrupuna daxil qidaları alır. Yemək olaraq, serviz edirlər.

Ekspert həmçinin diqqətə çatdırıb ki, vətəndaşların özləri məlumatlı olmalı və ilkin nəzarəti özləri həyata keçirməlidirlər:
"Yəni ən azından qidalanacağı məhsullar haqqında məlumat əldə etməlidirlər. Qarşısına gələn yeməyi viziual olaraq, müşahidə etməli, rənginin, dadınının dəyişib-dəyişməməsinə fikir verməlidir. Vətəndaşların bilgilənməsi və zəhərlənmə hallarının qarşısını almaq üçün KİV-lərdə, sosial şəbəkələrdə davamlı maarifləndirmə işləri aparılmalıdır. Bu işdə aidiyyəti qurum nəzarəti nə qədər həyata keçirməyə çalışsa da, buna fiziki olaraq, resursları yetmir. Ona görə də mütləq şəkildə aidiyyəti qurum vətəndaş cəmiyyəti institutları ilə yaxından əməkdaşlıq etməlidir. Bu kimi halların qarşısını almaq üçün könüllü qida nəzarətçiləri yetişdirilməli və müvafiq icazələrlə həmin restoran, şadlıq saraylarında ictimai monitorinqlərin həyata keçirilməsinə şərait yaradılmalıdır".
Qeyd edək ki, Ağcabədidə toyda kütləvi zəhərlənmə olub. Rəncbərlər kəndində keçirilən toy mərasimində 34 nəfər, həmçinin 16 yetkinlik yaşına çatmayan şəxs qidadan zəhərlənib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya