
Azərbaycanda plastik düyü varmı? - Qida mütəxəssisi
10:11 13.07.2023
Cəmiyyət
1112
Azərbaycan bazarında plastik düyü yoxdur Amma bununla belə ehtiyatlı olmaq lazımdır
"İnsanlar arasında düyünün plastik olması barədə məlumatlar yayılıb. Nəzarət tədbirləri çərçivəsində müayinə məqsədilə laboratoriyaya təqdim etmək üçün ticarət şəbəkələrində satışa çıxarılan düyü məhsullarından 25 nümunə götürülüb. Bunlardan 4-ü yerli istehsal, 21-i idxal edilən düyü məhsulu olub".
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, nümunələrin sınaq nəticəsinə əsasən, məhsullar qida sahəsində normativ sənədin tələblərinə cavab verib".
Doğrudanmı, Azərbaycanda plastik düyü yoxdur? Ümumiyyətlə, düyünün plastik olub-olmadığını başqa necə müəyyənləşdirə bilərik?

Qida məsələləri üzrə ekspert, baş mütəxəssisAğa Salamov da “Sherg.az"a açıqlamasında deyib ki, plastik düyü Çin bazarına aiddir və bu ölkədə geniş şəkildə istifadə olunur. Bu, kartof nişastası ilə müəyyən plastiklərin sintezindən əldə olunan düyüdür: “Azərbaycan bazarında plastik düyünün olması ilə qarşılaşmamışam. Amma bununla belə plastik düyü istehsalı, satışı olan ölkələrdən - Sinqapur, Vyetnam, Hindistan kimi ölkələrdən idxal zamanı ehtiyatlı olmaq lazımdır. Yəni bu o demək deyil ki, Hindistan düyülərinin hamısı plastikdir. Çünki gömrükdən daxil olan məhsullar AQTA tərəfindən analiz edilir. Ümid edirik ki, yerli bazarda belə düyülərə rast gəlinməz".
Mütəxəssisin sözlərinə görə, istənilən halda risk olaraq düşündüyümüz ölkələrdən gətirilən düyülər ciddi şəkildə laboratoriyadan keçirilməli və sonra ölkəyə buraxılmalıdır: “Düyü qırılırsa, plastik deyil, əzilirsə plastikdir. Bundan başqa, dadı, qoxusu olmasa da plastik düyülərin görünüşü var. Lakin etiraf edək ki, belə düyülərə bəzən ətir də vururlar. Düyünün qapağı açıldıqda ordan fərqli xoş qoxu gəlirsə, bu da şübhə yarada bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya