Onun təsvirini “Çin olmadan iqlim böhranından çıxmaq mümkün olmayacaq” cümləsi ilə ümumiləşdirir
Almaniyanın təhdidlərdən çıxış yolu
Yusif Nəzərli
09:04 19.07.2023
Gündəm
366
Berlin bunu Çinlə əməkdaşlığı dərinləşdirməkdə görür
Onun təsvirini “Çin olmadan iqlim böhranından çıxmaq mümkün olmayacaq” cümləsi ilə ümumiləşdirir
Onun təsvirini “Çin olmadan iqlim böhranından çıxmaq mümkün olmayacaq” cümləsi ilə ümumiləşdirir
"Almaniya Hökuməti Çinlə münasibətlərə dair ilk strategiyasını qəbul edib. Berlin bununla Pekinin Avropada yayılan ambisiyalarının yaratdığı təhlükəsizlik risklərindən qorunmaq yolları üzrə yol xəritəsi təqdim edib".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirib ki, sənəd ümumilikdə Avropa İttifaqının Çinə doğru yön alan praktik addımlarından sonraya təsadüf etdiyindən həmin strategiyanı Avropa İttifaqının vahid yanaşmasında bir parça kimi nəzərdən keçirə bilərik: "Bu mənada sənədin ikinci hissəsinin təqdimatının “Almaniyanın Çinlə bağlı strategiyası Avropa İttifaqının Çin siyasətinin tərkib hissəsidir” başlığı ilə verilməsi perspektiv üçün xeyli tapmacaların həll açarı kimi başa düşülə bilər. Almaniyanın Çinlə bağlı strategiyası Avropa ilə Asiyanın ən böyük iqtisadiyyatı arasında münasibətlərin gələcəyini Pekinin iddialı proqramı fonunda qabarıqlaşdırır. Diqqətə alınası nöqtə budur ki, Almaniya Rusiyanın Ukraynada apardığı hərbi kampaniyadan sonra Avropa İttifaqında təhlükəsizlik boşluğuna düşüb və onun mövcud strategiyası ölkənin qorunma mexanizmi üçün lazım olan meyarlara cavab vermir. Buna görə də Almaniya təhlükəsizlik mühitinə baxışı dəyişməyi vacib sayaraq “Çin müdrikliyi”ni rəhbər tutur. Bununla da NATO üzvü olsa da, Alyansla Rusiya arasındakı qarşıdurma və onun mümkün təhdidlərini Pekin vasitəsilə qabaqlayır. Təkcə təhlükəsizlik mühitində Rusiyanın yaratdığı fırtınalara deyil, həm də iqlim dəyişikliyinə, qlobal humanitar böhranlara, dezinformasiya və kiberhücumlardan irəli gələn təhdidlərə diqqət yetirir".
Analitikin fikrincə, Almaniya təhdidlərdən çıxış yolunu Çinlə əməkdaşlığı dərinləşdirməkdə görür. Onun təsvirini “Çin olmadan iqlim böhranından çıxmaq mümkün olmayacaq” cümləsi ilə ümumiləşdirir: "NATO ailəsinin övladı olan Almaniyanın Çinlə əməkdaşlıq modeli NATO-nun genişlənmə siyasəti ilə uyğunluq təşkil etmir. Amma Avropanın təhlükəsizliyi üzərində Alyansın mövqeyini vurğulayan əhəmiyyətini də itirmir. Beləcə, Almaniya ehtiyatlı kompromis mövqeyini seçir. Sənəddə Çinlə əməkdaşlıqda Qərbin ümumi yanaşmasına ehtiram göstərilir – Pekinə münasibətdə partnyorluq, rəqib və sistemli rəqabət ifadələri ilə. Bununla həm NATO-nun könlünü oxşayır, həm də Çinin beynəlxalq münasibətlərdəki qlobal nizamı dəyişdirmək cəhdinin uğuruna inanır.
Ancaq NATO daxilində Avropanın təhlükəsizliyi ilə Böyük Britaniya və ABŞ ikilisinin strateji maraqları arasındakı mövzularda incə bir xətt çəkilib. Ona görə də Berlinin bu hərarətli ehtirasını Vaşinqtonla London diqqətlə izləyəcək və qısqanclıqlarını nümayiş etdirəcəklər. Almaniyanın yeni strategiyasının Avroatlantik məkanın Çin mərkəzli oyun qaydalarına tabe etdirilməsi səviyyəsinə qədər təkamülə məruz qalması, əsasən, ABŞ üçün risklidir. Çünki Almaniyanın tövrü Qərbin Çinə qarşı daha güclü və vahid yanaşmasını pozur. Bu zamana qədər isə Avropa bazarı ABŞ-yə qlobal məkanda tutarlı rıçaqlar verib. Hərçənd son zamanlar Çin Vaşinqtonun əlindəki payları böyük şövqlə almağa girişir. Avropa İttifaqının Çin orbitinə yaxınlaşmasını Rusiya da dəyərli fürsət bilir. Lakin inandırıcı deyil ki, Pekin Moskvanın burada faydalı xallar qazanmasına geniş imkanlar tanısın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya