
Valideynlərin nəzərinə: Qızılcaya yoluxanlar artır - Nə etməli?
Yusif Nəzərli
12:55 28.09.2023
Sağlamlıq
864
Bu il Azərbaycanda qızılca xəstəliyinə 24 yoluxma faktı aşkarlanıb .
Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin immonoprafilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva danışıb.
O, bildirib ki, həmin faktlar miqrasiya məsələsi ilə əlaqəlidir:
"Xarici ölkədən gələn qayıdan şəxslər bir neçə nəfəri yoluxdura bilir. Çünki bu, hava-damcı yolu ilə keçən yüksək yoluxduruculuq qabiliyyətinə malik xəstəlik növüdür".
Tibb elmləri doktoru, professor Adil Qeybulla "Sherg.az"a açıqlamasında qızılca xəstəliyinin artmasının əsas səbəblərini sadalayıb:

"Qızılca xəstəliyinin vaksini mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatının bununla bağlı ümumi milli təqvimi var. Bu milli peyvənd təqvimi bizdə də təsdiq olunub. Təqvim əsasında uşaqlar müəyyən yaşda vaksin olunmalıdır. Təəssüflər olsun ki, insanlar bu vaksinasiya prosesindən yayınırlar, vaxtında qeydiyyata düşmürlər. Nəticədə vaksindən yayınan uşaqlar qızılcaya yoluxurlar. Əlbəttə, vaksini olan infeksiyaların vaksinasiyasından yararlanmaq lazımdır. Bu gün yoluxanların sayında bu rəqəmlərin artması və geniş rast gəlinməsi də bununla bağlıdır. Xəstəliyin artmasının qarşısını almaq üçün vaksinasiya prosesi məcburi xarakter daşımalıdır. Amma bunlar hələlik tövsiyə xarakteri daşıdığından milli təqvimə əməl edilmir. Valideynləri diqqətli olmağa çağıraq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
14:27 06.11.2026
Region