Ərzaq qiymətləri ucuzlaşıb - FAO açıqladı
Yusif Nəzərli
09:21 04.11.2023
Cəmiyyət
640
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) cümə günü bildirib ki, qlobal ərzaq qiymətləri aşağı sürətlə olsa da, oktyabr ayında ucuzlaşıb. Ucuzlaşma prosesi üçüncü aydır ki, davam edir.
Trend təşkilatın hesabatına istinadla xəbər verir ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 120,3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,5 faiz azalıb. Ötən ay ucuzlaşma şəkər, taxıl, bitki yağları və ətin aşağı qiymət indeksləri ilə izah edilir, süd məhsulları indeksində isə yenidən bahalaşma müşahidə olunur.
FAO-nun ərzaq qiymətləri indeksi beş əsas ərzaq əmtəə qrupunun beynəlxalq bazar qiymətlərini izləyən ticarət çəkisi indeksidir.
Taxıl qiymətləri indeksi düyü və buğda qiymətlərinin aşağı düşməsi səbəbindən əvvəlki ayla müqayisədə 1 faiz azalıb. Bitki yağının qiymət indeksi isə ardıcıl üçüncü aydır ki, aylıq 0,7 faiz aşağı düşüb.
Hesabatda deyilir: "Qiymət indeksindəki marjinal azalma soya, günəbaxan yağlarının yüksək qiymətlərini kompensasiya etməkdən daha çox, palma yağının dünya qiymətlərinin aşağı düşməsini əks etdirdi".
Oktyabrda ətin qiymət indeksi 0.6 faiz azalıb ki, bunun da əsas səbəbi donuz ətinin beynəlxalq qiymətlərinin düşməsi ilə müşayiət olunan ləng idxal tələbi ilə ardıcıl dördüncü aylıq göstəricidir. Şəkər qiymətləri indeksi, əsasən, Braziliyada güclü istehsal tempi ilə bağlı əvvəlki aya nisbətən 2,2 faiz geriləyib. Digər tərəfdən, süd məhsulları indeksi sentyabr ayından etibarən 2,2 faiz artaraq, doqquz aylıq azalma ilə müqayisədə dəyişib. Oktyabr ayında idxal tələbindəki artım dünya süd tozu qiymətlərinin artmasına təkan verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial