
Əhməd Qəşəmoğlu: İşsizliyin pik həddə çatmasının əsas səbəbi iqtisadçıların fəaliyyətidir
10:43 23.11.2023
Sosial
1104
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə işsizlik səviyyəsi son 12 ildə yaxşılaşmayıb, nisbətən pisləşib.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransının Nazirlər Sessiyasında çıxışında deyib.
“Hələ də işsizliklə bağlı çağırışlarımız gündəmdədir. Bu gün bizim ölkələrdə əhalinin orta artım tempi artıqdır. Gənc əhalinin sayı çoxdur. Xüsusilə gənclər arasında işsizlik 15,8 faizdir. Bu da qarşıdakı dövrlərdə qarşımızda olan növbəti çağırışlardan biridir”,- deyə nazir bildirib.
O, həmçinin, əlavə edib ki, İƏT dövlətləri arasında əməkdaşlığı artırmaqla ölkələrimizdə inkişafa töhfə verə bilərik.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilir.
Məsələ ilə bağlı "Sherg.az"a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, İşsizliyin faiz göstəricisinin pik həddə çatmasının əsas səbəbi ölkədə iqtisadçıların fəaliyyətidir:

"Hələ 1994-cü ildə mühüm elmi mərkəzin rəhbəri olaraq təkliflər planı hazırladım. Burada işsizliyin və yoxsulluğun aşağı səviyyəyə çatdırılması üçün nə etməli olduğumuz göstərilmişdi. Bu planı indiki dövrdə də həyata keçirməyə böyük ehtiyyac var. Bəzi məmurlar buna əhəmiyyət vermirlər. Kəntlərdə xeyli torpaq sahəsi və onları hərəkətə gətirmək üçün mexanizmlər mövcuddur. Bunun üçün əhaliyə aşağı faizlə kredit vermək lazımdır. Həmçinin texnika və gübrə ilə təmin edilməsinə köməy edən strukturlar yaradılmalıdır. Məhsul verən zaman tədarük şəbəkəsi satın alıb, Bakıya daşınmalıdır. Kənd əhalisi məhsul istehsalı ilə məşğul olmalıdır.Paytaxtdakı sakinlərin demək olar ki, yarısı rayona qayıdacaq. Bu zaman is yerləri xeyli artacaq. Çox təəssüf ki, bu plan həyata keçirilmir, bu istiqamətdə tədbirlərə əhəmiyyət verilmir. İqtisadçıların və bu məsələlərə cavabdeh olan şəxslərin günahı var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat