
Gömrük-keçid məntəqələrində 1542 yük maşını gözləyir – AYNA
14:01 11.12.2023
Gündəm
443
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların davamlı məlumatlandırılması xidmətinə başlayıb. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.
Azərbaycan yerüstü Nəqliyyat Agentliyindən Globalinfo.az-a verilən xəbərə görə, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı “Astara” gömrük postunda 250, “Biləsuvar” gömrük postunda 50, “Qırmızı Körpü” gömrük postunda 1126, “Mazımqara” gömrük postunda 55, “Samur” gömrük postunda 61 yük maşını var. “Xanoba” gömrük postunda isə növbə yoxdur.
Hazırda ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində müşahidə edilir.
Buna səbəb Rusiya və Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. İki qonşu ölkə arasında keçməli olan bu yük maşınları hazırda Azərbaycan üzərindən hərəkətini davam etdirirlər.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial