Paşinyan radikal müxalifətə boylanmadan sənədi imzalaya bilər - Şahinoğlu
01:45 10.01.2024
Gündəm
721
Sülh sazişi üçün ciddi maneə qalmayıb
"Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh sazişinin ilkin mətnini radikal müxalifətin nümayəndələri ilə tanış edib. Bu, Baş nazir Nikol Paşinyanın təlimatı əsasında həyata keçirilib". Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Nikol Paşinyanın məqsədi aydındır: "O, əvvəlcədən sülh sazişinin mətnini rəqibləriylə tanış edib ki, sənəd imzalanandan sonra “bundan xəbərimiz yox idi”, “sənəd məxfi hazırlanıb” kimi ittihamların əsası olmasın. Radikal müxalifət sülh sazişinin mətni ilə tanış olduqdan sonra Paşinyandan tələb edəcəklər ki, o, Ermənistanın məğlubiyyəti kimi qiymətləndirdikləri sazişə imza atmasın. Belə olarsa, Paşinyan da radikal müxalifətə bu sualla müraciət edəcək: “Başqa təklifiniz varmı?”. O, radikal müxalifətə anlatmağa çalışacaq ki, sülh sazişinin imzalanması yubanarsa, bu, bölgədə yeni müharibə riskini artıracaq və Ermənistan üçün yeni fəlakətlər gətirəcək".
Analitik hesab edir ki, bütün hallarda sülh sazişinin imzalanması üçün ciddi maneə qalmayıb: "Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımağa hazırdır, sülh sazişinin əsasını bu bənd təşkil edəcək. Ermənistanın radikal müxalifəti zəifdir, ictimai rəydə dəstəyi azdır. Ona görə Nikol Paşinyan radikal müxalifətə boylanmadan sülh sazişini imzalaya bilər. Bu həm də, İkinci Qarabağ müharibəsindən dərs alan Ermənistan cəmiyyətinin əksər hissəsinin sifarişidir. Bu arada, Nikol Paşinyanın Xarici İşlər Nazirliyində qurumun 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı “xarici siyasətin ali məqsədi Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təmin etməkdir” cümləsi də baş nazirin sülh sazişini imzalamağa hazırlaşmasından xəbər verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi