
Politoloq: Rusiya sülhməramlıları 2025-ci ilin noyabr ayında Azərbaycan ərazisində olmayacaqlar
08:55 25.01.2024
Aktual
513
Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsi Ermənistana aidiyyatı yoxdur.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirilən mətbuat konfransında "Report"un ABŞ bürosunun sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu, Moskva ilə Bakının öz arasında olan məsələdir.
"Qarabağı hər kəs Azərbaycan ayrılmaz hissəsi kimi tanıyıb. Status məsələsi bağlanıb. Bizim orada faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistan tərəfinə aid deyil, bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid olan məsələdir. Hazırkı mərhələdə rus sülhməramlılarının mövcudluğu regionda sabitliyin möhkəmləndirməsində müsbət rol oynayır", - nazir vurğulayıb.
Əvvəlki situasiyada da Rusiya sülhməramlıların Azərbaycan ərazisində müvəqqəti dislokasiya ilə bağlı məsələlərin həllinin Ermənistana heç bir aidiyyatının olmadığını vurğulayan siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, üçtərəfli anlaşmada sazişi imzalayan tərəflərdən hansısa müqavilənin bitməsinə yarım il qalmış rus sülhməramlılarının Azərbaycanın Qarabağ regionundan çıxmasını tələb etsə, Rusiya həmin hərbi kontingenti ərazidən çıxarmağa borcludur bəndi mövcuddur:

"Lavrovun açıqlaması ilə Ermənistanın Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləri ilə bağlı hansısa fikir bildirmək mövqeyi qalmamış oldu. Halbuki bu məsələ əvvəl formal xarakter daşıyırdı. Rusiya sülhməramlıların bölgədən çıxarılması böyük ehtimalla yaxın vaxtlarda həll olunacaq. Ona görə ki, üçtərəfli müqavilənin müddəti 5 ildir. Bu müddət isə 2025-ci ildə sona çatır. Rəsmi Bakı bu vaxtın bitməsinə qədər hərbi kontingentin çıxarılmasında israr etmək niyyətində deyil. Ancaq 2025-ci ilin noyabrına 6 ay qalmış Azərbaycan Kremldən Rusiya sülhməramlılarının bölgədən çıxmasını tələb edəcək. Həmin halda isə Rusiya etiraz etmək hüququna malik deyil. Yəni, bu məsələnin başqa bir həll variantı mümkünsüzdür. Azərbaycan ərazisində xarici ölkənin hərbi kontingentinin qalmasına ehtiyac yoxdur. Rusiya sülhməramlıları hazırda Azərbaycanın Qarabağ bölgəsində demək olar ki, heç bir funksiyanı yerinə yetirmirlər və onlara ehtiyac da qalmayıb. Azərbaycanın hüquq mühafizə orqanları, ordusu, Daxili Qoşunları, Polis əməkdaşları və digər dövlət orqanları həmin bölgədə onun suveren hüquqlarını tam şəkildə bərpa ediblər. Bütün bunlar onu göstərir ki, Rusiya sülhməramlıları 2025-ci ilin noyabr ayında artıq Azərbaycan ərazisində olmayacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya