İşdən çıxarılan baş həkim məhkəmə zalında tutuldu
İşdən çıxarılan baş həkim məhkəmə zalında tutuldu
09:30 25.01.2024
Hadisə
388
Bir neçə ay əvvəl Bakı şəhər Sabunçu rayon 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilən Rauf İsfəndiyarov həbs edilib.
Sherg.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə iş açılan baş həkim bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınan müğənni Dəniz Əsədovanın vəkili R.İsfəndiyarov barəsindəki polisin nəzarəti altına verilmə qətimkan tədbirinin ləğvi və onun həbs edilməsi ilə bağlı vəatətlə çıxış edib. Məhkəmə vəsatəti təmin edib.
Qeyd edək ki, keçmiş baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir. Ötən il də bu işlə bağlı həbs edilən R. İsfəndiyarov daha sonra ev dustaqlığına buraxılmışdı.
Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya