Seyidov: ABŞ Senatının komitə sədrinin bəyanatı təxribat xarakterlidir
14:41 31.01.2024
Siyasət
502
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri Benjamin Kardinin Azərbaycanla bağlı əsassız və qərəzli açıqlamasına dair bəyanat yayıb.
APA xəbər verir ki, bəyanatda deyilir ki, ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri Benjamin Kardinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı əsassız, qərəzli bəyanatı dərin məyusluq hissi doğurur:
“Benjamin Kardinin nəzərinə çatdırırıq ki, ölkəmiz 1991-ci ildə müstəqilliyini əldə edəndən bəri beynəlxalq ictimaiyyətin etibarlı və məsul üzvüdür. Azərbaycanın əksər beynəlxalq platformalarda uğurlu fəaliyyəti məhz beynəlxalq ictimaiyyətin qəti və birmənalı dəstəyinə əsaslanır. Ölkəmizin xüsusilə də Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində faktiki olaraq ölkələrin sayı və təsir imkanlarına görə BMT-dən sonra dünyanın ikinci ən böyük platformasının inkişafına verdiyi töhfələr Hərəkata üzv olan 120 ölkə tərəfindən hörmətlə qarşılanır.
Təsadüfi deyil ki, beynəlxalq dialoq və əməkdaşlığın daha da genişləndirilməsində oynadığı rola, beynəlxalq qaydalara və qarşılıqlı fəaliyyət normalarına hörmətlə yanaşmasına, öz prinsipial mövqeyinə görə ölkəmiz 2024-cü ildə qlobal səviyyədə ən mötəbər tədbirlərdən biri olan COP29-a ev sahibliyi etməyə layiq görülmüşdür. Bu qərarı beynəlxalq aləmin bütün üzvləri, o cümlədən ABŞ-ın özü də dəstəkləmişdir. Buna baxmayaraq, COP29 ərəfəsində senator Kardinin ölkəmizi şantaj edərək, qərəzli təşkilat və dairələrin yalan, yoxlanılmamış məlumatlarından istifadə etməsi Azərbaycana qarşı olan həmin dairələr, xüsusən də erməni lobbisi tərəfindən təhrik edilmiş əsassız və təxribat xarakterli yanaşmadır.
Kardinə tövsiyə edirik ki, Azərbaycan əleyhinə birtərəfli və qərəzli fikirlər səsləndirmək əvəzinə, öz diqqətini ABŞ Senatının Xarici əlaqələr Komitəsində kök salmış korrupsiya, rüşvətxorluq və digər bu kimi qanunsuz əməllərə yönəltsin. Sələfi senator Robert Menendesin uzun müddət komitə çərçivəsində rüşvətxor əməlləri, oğurluq faktları, erməni himayədarları ilə şəxsi maraqlar üzərində qurulmuş birgə fəaliyyəti nəzərə alındıqda, bu ağır korrupsiya irsinin araşdırılması senator Kardin üçün daha faydalı olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks