
Sərhəddə altıncı görüş baş tutdu -DETALLAR
Yusif Nəzərli
03:00 01.02.2024
Aktual
523
Ümid edirik, İrəvan hökuməti əlaqələrin formalaşmasında nəhayət səmimi əməkdaşlıq edəcək
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası keçirilib. Görüşdə Azərbaycan heyətinə baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik ediblər. Görüş İcevanla Qazax sərhədində keçirilib. Görüşdə sərhədlərin müəyyənləşməsi yönündə müzakirələr aparılıb. Xatırladaq ki, tərəflərin beşinci və sonuncu iclası keçən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının altıncı görüşünə dair mətbuat məlumat yayıb.
31 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü keçirilib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli "Sherg.az"a deyib ki, Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyənləşməsi və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün komissiyaların mütəmadi görüşməsi mühümdür. Ekspert diqqətə çatdırıb ki, təkcə sərhədlərlə bağlı deyil, həmçinin daxili işlər, prokurorluq, təhlükəsizlik, iqtisadiyyat sahələri ilə bağlı da belə təmasların olması zəruridir:

"Azərbaycan və Ermənistan iki qonşu ölkədir. İstəsək də, istəməsək də qonşuluq münasibətlərini sürdürməliyik. Düzdür, zaman-zaman ermənilər Azərbaycana qarşı təcavüz siyasətinə əl atıb, torpaqlarımızı işğal ediblər. Çar Rusiyası və sovetlər zamanı bir çox ərazimiz ermənilərə verilib, bizə qarşı soyqırımlar həyata keçiriblər. Bütün bunların hamısı ilə bağlı rəsmi qurumlarda dəlil-sübutlar, sənədlər mövcuddur. Yəni indiyədək ermənilər bizimlə birgə yaşamaq istəməyiblər. Amma dünya düzəni və reallıq dəyişməkdədir. Yeni dövrün, yeni əsrin qaçılmaz reallıqlarına uyğunlaşmaq zamanıdır. Ermənistan da mövcud reallıqları nəzərə alaraq məcburi də olsa bütün qonşuları, o cümlədən Azərbaycanla normal əməkdaşlıqda maraqlı olmalıdır. Bizimlə normal münasibət qurmalıdırlar. Ümid edirik, İrəvan hökuməti sərhədlərin müəyyənləşməsi və digər əlaqələrin formalaşmasında nəhayət səmimi əməkdaşlıq edəcək. İlk növbədə Qazaxın işğalda olan kəndlərini geri qaytarmaqla sülh prosesinə töhfəsini verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət