
Qənirə Masazırdakı evində huşunu itirmişdi, Təcili Yardım çox gec gəldi - Əmisindən açıqlama
Qənirə Masazırdakı evində huşunu itirmişdi, Təcili Yardım çox gec gəldi - Əmisindən açıqlama
08:30 02.02.2024
Gündəm
378
“Qənirə xanımın ölümünün müəmmalı olması ilə bağlı söylənilən fikirlərin hamısı əfsanədir. Qənirə xanım 3 yığıncaqdan sonra Masazırda yaşadığı evə gedib. Yeməyən, içməyən adam... Orada huşunu itirib. Evi qəsəbənin çox ucqar yerindəydi, gölün yanında. Təcili Tibbi Yardım çox gec gəlib”.
Bunu Modern.az-a müsahibəsində mərhum millət vəkili Qənirə Paşayevanın əmisi, professor Qəzənfər Paşayev deyib.
“Vaxtında iş görülmədiyi üçün belə oldu. Bundan başqa söylənilənlər əfsanədir. O boyda şəxsiyyət, xalq üçün çalışan insan üçün bunları demək ədalətsizlikdir”, - deyə Q. Paşayev bildirib.
O, Q. Paşayevanın qəbirüstü abidəsindən də danışıb:
“Abidənin necə olması ailəsinin xahişi ilə olub. Sinə daşına vurulan foto da ailəsinin xahişi ilədir. Proyekti də qardaşları xahiş edib, onun üzərində işləyiblər. Ona görə də sinə daşı gecikdi də. Bu cür söz deyənlər niyə belə edir, anlamıram. İnsafları yoxdur. Bəzən insafsızlıq edirlər. Dünyasını dəyişmiş adamın ruhunu incitmək olmaz.
Mən istərdim ki, sinə daşında “professor və millət vəkili” sözləri yazılsın. Qənirə xanımın böyük qardaşı Hüseynlə bu məsələni danışdım, sinə daşını niyə sadə hazırlandığını soruşdum. Dedi ki, “onsuz da hamı Qənirə xanımın kim olduğunu tanıyır, bilir. Bunların hamısı özümüzün işidir, belə istəmişik”. Görün indi nələr yazır, nələr danışırlar”.
Qeyd edək ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayeva 5 gün sonra xəstəxanada vəfat etmişdi.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi