Səhnədə ölüm: Məşhur aktyor ittihamları qəbul etmir
12:23 02.02.2024
Dünya
511
Aktyor ikinci dəfə qəsdən adam öldürmədə ittiham olunur. Hollivud ulduzu yeni açılan işdə də günahsız olduğunu bildirib.
Sherg.az xəbər verir ki, “Rust” filminin operatoru Halyna Hatçins, 2021-ci ilin oktyabrında çəkiliş meydançasında Alek Balvin tərəfindən vurularaq öldürülmüşdü. 2023-cü ilin yanvarında qəsdlə adam öldürmədə ittiham olunan aktyora qarşı ittihamlar 3 ay sonra üzərindən götürülmüşdü.
Ortaya çıxan yeni faktlardan sonra 65 yaşındakı aktyor yenə qəsdən adam öldürmədə ittiham olunur. "The Hollywood Reporter" xəbər verir ki, yeni sübutlar arasında aktyorun əlində olan silahın dəyişdirildiyi ifadəsi yer alıb.
Boldvinin vəkilləri məhkəmə gününü gözlədiklərini deyiblər. Günahı sübut olunarsa, aktyoru 18 aya qədər həbs cəzası gözləyir.
65 yaşlı aktyorun məhkəməyə təqdim etdiyi sənədlərdə ittihamı rədd etdiyi görülüb.
Aktyor 2021-ci ildə verdiyi müsahibədə silahın təhlükəsiz olduğunu düşündüyünü və məsuliyyəti öz üzərinə götürməyəcəyini bildirib:
"Baş verən hadisəyə görə başqası məsuliyyət daşıyır, amma bilirəm ki, o şəxs mən deyiləm. Məsul olduğumu bilsəm özümü öldürmək istəyə bilərdim, bunu sadəcə söz olsun deyə demirəm".
Qeyd edək ki, 2021-ci ildə ABŞ-nin Nyu-Meksiko ştatında "Rust" filminin çəkilişləri zamanı fəciəvi qəza baş verib. Məşhur aktyor Alek Boldvin kinooperator Halyna Hatçinsin ölümünə, rejissor Coel Souzanın isə ağır yaralanmasına səbəb olub. Aktyor kinooperatorun çəkiliş meydançasında ölümü ilə bağlı qəsdsiz adam öldürmədə ittiham olunmuşdu.
Çəkiliş meydançasında baş verən qəzadan sonra ifadə verən Boldvinin rejissor köməkçisi Hallsın silahı ona verdiyini və verərkən təhlükəsiz olduğunu dediyini bildirib. Rejissor köməkçisi Halls isə açıqlamasında silahda əsl güllələrin olduğunu bilmədiyini qeyd edib. Beləliklə, Baldvinin əlindəki silahda həqiqi güllələrin olduğu üzə çıxmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region