80 tatu 1 gecədə yox oldu: Maykl Ceksonun qızı dəyişdi
09:16 08.02.2024
Şou
907
Musiqi dünyasının ən nüfuzlu mükafatı “Grammy” qaliblərinin elan edilməsi mərasiminə qatılan məşhurlar yenə bütün diqqətləri üzərlərinə çəkməyi bacarıb. Los-Angelesdə keçirilən mükafatlandırma mərasiminə pop kralı, mərhum Maykl Ceksonun 25 yaşlı qızı Paris Cekson da qatılıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Paris Ceksonu görənlər təəccüblərini gizlədə bilməyib. Paris Cekson musiqi aləmində daha çox tatularıyla məşhurlaşmışdı. Xanım sənətçinin bədəninə nə az, nə çox, tam 80 tatu həkk edilmişdi. Lakin mərasimdə “qırmızı xalı”ya çıxan Paris Cekson hamını bədəninin tər-təmiz, tatusuz olmasıyla heyrətləndirib. 80 tatu necə silinib? Maraqlı budur ki, həmin gecə Paris Cekson başqa bir mərasimə də qatılıb. Amma bu tədbirdə o yenə tatulu halda görünüb. Bir gecədə həm tatulu, həm də tatusuz olmaq necə mümkündür? Məlum olub ki, Paris Cekson “Grammy” mükafatı mərasimində tatusuz görünmək qərarı verib və bunun üçün onun dərisi üzərində bir neçə saat makiyaj aparılıb. Bədənindəki tatuların üzəri sprey və fırça vasitəsilə qapadılıb. Paris Cekson bu addımını “istəmədim geyimim tatuların kölgəsində qalsın”, kimi izah edib. Növbəti mərasimə gedərkən isə sprey və fırçalar vasitəsilə dərisinə çəkilmiş rənglər silinib və Paris Cekson yenidən tatularını nümayiş etdirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm