Deputatın sözlərinə görə, bu gün Azərbaycanda bütün dinlərə, bütün etnik qruplara dövlət səviyyəsində ən yüksək diqqət və qayğı göstərilir:
BAKI: Tolerantlığın, multikulturalizmin mərkəzi - Millət vəkili
09:48 09.03.2024
Gündəm
422
Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Tədbir İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə (15 mart) həsr olunub. Konfransda dünyanın 32 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Bakıda ikinci dəfə təşkil olunan tədbir Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Qeyd olunub ki, uzun illərdir Azərbaycan islamofobiyanın fəsadları ilə üzləşib, hazırda Qərb mediası və siyasətçiləri tərəfindən ölkəmizə qarşı aşkar qərəzli kampaniya həyata keçirilir və konfransın bir hədəfi də bu mənfi tendensiyalara təkan verən siyasi, iqtisadi, mədəni, diskriminativ faktorların müəyyən edilməsi və onlara qarşı ortaq strategiyanın formalaşdırılmasıdır. Azərbaycan artıq beynəlxalq münasibətlərdə orta güc kimi çıxış edir. Bu il ölkəmiz COP29 və digər qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcək.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, Azərbaycan dünyada tolerantlığın, multikulturalizmin mərkəzlərindən biri sayılır.
Deputatın sözlərinə görə, bu gün Azərbaycanda bütün dinlərə, bütün etnik qruplara dövlət səviyyəsində ən yüksək diqqət və qayğı göstərilir: "Bir müsəlman ölkəsi olaraq Azərbaycan islamofobiya ilə üz-üzədir. Yəni bizə qarşı atılan addımların bir çoxunun səbəbi həm də bizim müsəlman olmağımızdır. O baxımdan belə tədbirlərin ölkəmizdə keçirilməsi çox önəmlidir. Sirr deyil ki, bəzi qüvvələr "İslam" adı altında öz məkrli məqsədlərini həyata keçirməyə çalışırlar. Azərbaycan isə hər zaman dini ayrı-seçkiliyin əleyhinə olub və bu siyasətini davam etdirir. Dövlətimiz dini inanclara çox həssaslıqla yanaşır. Azərbaycan dünyada tolerantlığın, multikulturalizmin mərkəzlərindən biri sayılır. Dövlətimiz bütün dinlərə, bütün etnik qruplara dövlət səviyyəsində ən yüksək diqqət və qayğı göstərir. Əcnəbi qonaqların Azərbaycanın uzun illər ərzində qazandığı təcrübə və ənənə ilə tanış olması mühümdür. Əlbəttə ki, bu, həm də dövlətimizin növbəti uğurudur. Azərbaycan dünyada gedən proseslərə öz töhfəsini verir. Həm də hədəflərinə və məqsədlərinə çatmış olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı