Ekspert bildirib ki, Rusiya prezidenti Vladimir Putin Paşinyanı bugünə qədər ona görə tənqid edir ki, məhz Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Qarabağın “itirilməsinə” şərait yaratdı:
4 kənd məsələsi: “Qafqaz evi” ideyası - Paşinyan hansı qüvvələrə arxalana bilər?
12:45 25.03.2024
Siyasət
493
"Ermənistanın baş naziri Nikol Paşinyanın 4 kəndin Azərbaycana geri qaytarılması ilə bağlı son açıqlamaları Kremlin narahatlığına səbəb olub. Rusiyalı rəsmilərin və deputatların İrəvan əleyhinə açıqlamaları artıb".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Rusiya prezidenti Vladimir Putin Paşinyanı bugünə qədər ona görə tənqid edir ki, məhz Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Qarabağın “itirilməsinə” şərait yaratdı: "Yəni Kreml sahibinin sözlərindən çıxan nəticə budur ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi tanımaqla səhvə yol verib. Rusiya rəsmiləri bu dəfə də Paşinyanı 4 kəndi Azərbaycana qaytarmasına hazırlaşmasına görə tənqid edirlər. Onlar hesab edirlər ki, həmin kəndlərin Azərbaycana qaytarılması Ermənistanın kommunikasiya xətlərinin təhlükə altına keçməsinə şərait yaradacaq. Halbuki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanarsa, Ermənistanın kommunikasiya xətlərinə heç bir təhlükə olmayacaq. Sülh sazişi kommunikasiya xətlərinin təhlükəsizliyinin təminatçısı olacaq. Kreml Rusiyanın vasitəçiliyi olmadan Azərbaycanla Ermənistan arasında danışıqlar aparılmasının da əleyhinədir. Nə Bakının, nə də İrəvanın Rusiyanın və digər dövlətlərin timsalında vasitəçiyə ehtiyacı var. Birbaşa əlaqə müsbət nəticələr verir".
Analitik vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyana qarşı faktiki 4 qüvvə - Kreml, Qarabağ klanının simasında erməni müxalifəti, Qarabağ separatçılarının tör-töküntüləri və kilsə birləşib:
"Paşinyanın 4 kəndi Azərbaycana geri qaytarması qərarı bu qüvvələri radikallaşdırmaqla yanaşı hökumətə qarşı aralarında qeyri-rəsmi ittifaqı gücləndirəcək. Belə olan halda Paşinyan hansı qüvvələrə arxalana bilər? Ermənistan ordusu hələ ki, siyasətə qarışmır və komandanlıq Paşinyana tabedir. Ancaq Paşinyan özünün də əvvəllər səylədiyi kimi orduda “5-ci kolonun” varlığından narahatdır. Ona görə Paşinyan etibar etmədiyi generalları ordudan uzaqlaşdırmaqda davam edəcək. Digər tərəfdən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də Nikol Paşinyanı qoruyur. Ancaq bu amillər Paşinyanı çevriliş və qiyam təhlükəsindən tam sığortalamır. Ermənistan hökumətinin Azərbaycan və Türkiyə ilə əldə edəcəyi sülh və sonrakı mərhələdə regional əməkdaşlığa qoşulması imkanları Nikol Paşinyan üçün ən vacib təhlükəsizlik təminatına çevriləcək. Əlbəttə, Qarabağ klanı, daşnaklar və kilsə sülhlə barışmayacaqlar, ancaq regional əməkdaşlıq onların müqavimət gücünü azaldacaq. Bu prosesdə Bakı ilə Ankaranın Nikol Paşinyanı sülhə və və gələcək əməkdaşlığa, o cümlədən prezident İlham Əliyevin “Qafqaz evi” ideyasına təşviq etməsi əhəmiyyətli rol oynayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm