Gəlinin 12, bəyin 63 yaşı var!
Yusif Nəzərli
07:27 05.04.2024
Dünya
451
Polis müdaxiləsindən sonra qalmaqal yaşandı
Rahibin 12 yaşlı uşaqla toy mərasimi dünyada böyük əks-səda yaradıb. Polis mərasimə müdaxilə edincə daha başqa tükürpərdici faktlar ortaya çıxıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, hadisə Qərbi Afrika ölkəsi Qanada baş verib. 63 yaşlı rahib hazırda 12 yaşı olan qızı 6 il əvvəl, onun hələ 6 yaşı olarkən özünə həyat yoldaşı seçib. Toy mərasimi Qananın Nungua şəhərində təşkil edilib. Toy mərasimindən görüntülər yayıldıqdan sonra yerli polis hərəkətə keçərək rahibi həbs edib. Rahibin müdafiəsinə qalxanlarsa ağlasığmaz dəlillər, sübutlar irəli sürməyə başlayıblar. Rahibin mənsub olduğu məbədin təmsilçisi Nii Bortey Kofi Frankva II belə açıqlama verib: "Rahib Naa Yomo Ayemuade, 300 il əvvəl yaşamış və tanrılardan birinin illərdir icra edilməyən müqəddəs adətlərinin icrası üçün reenkarnasion keçirərək (ruhun bir bədəndən digərinə keçidi) geri göndərilmiş biridir. O, qız uşağı həddi-buluğa çatmayanadək ər-arvad münasibətlərinə daxil olmayacaq”. Qana polisi bu sərsəm açıqlamanı əsassız sayaraq qız uşağını qoruma altına alıb. Qanada evlilik yaşı qanunla 18 yaş həddi müəyyən edilib. UNICEF isə əldə edilən məlumatlara əsasən, Qananı dünyada erkən evliliklərin ən çox yaşandığı ölkə hesab edir. Həbs edilən rahibin ailəsi isə bu toy mərasiminin sadəcə ənənələrin yaşadılması məqsədilə bir ayin olaraq təşkil edildiyini, hüquqi qüvvəsi olmadığını deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm
İran ABŞ ilə son sülh planının müzakirəsini davam etdirir
12:08 18.05.2026
Gündəm
Türkiyəli nümayəndə: WUF13 üçün ciddi hazırlıq görülüb
12:05 18.05.2026
Gündəm
Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
11:57 18.05.2026
Gündəm
“Maşın” şou başlayır
11:41 18.05.2026
Şou
Tramp İranla bağlı onlarla görüş keçirdi: Narazıdır...
11:35 18.05.2026
Gündəm