Azərbaycanlı sərhədçi yaralandı, Ermənistandakı Aİ missiyası harda idi?
Yusif Nəzərli
09:53 12.04.2024
Gündəm
400
Aprelin 10-da Azərbaycan və Ermənistan arasındakı şərti sərhəddə növbəti insident baş verib. Ermənistan Silahlı Qüvvələri yenidən Azərbaycanın sərhəd postuna atəş açıb, nəticədə Dövlət Sərhəd Xidmətinin baş leytenantı yaralanıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni sərhədçilərini qaydaları pozmaqda və atışmaya səbəb olmaqda ittiham edib.
"Aprelin 10-da Ermənistan MTX-nin müddətli hərbi xidmət keçən hərbi qulluqçusu erməni çobanın azaraq mal-qara ilə Azərbaycan ərazisinə keçdiyini öyrəndikdən sonra xidmət yoldaşları ilə birlikdə özləri sərhədi keçərək mal-qaranı geri qaytarmağa qərar verib və bununla xidmət qaydalarını pozub ki, bu da ehtiyatsızlıq ucbatından mühüm zərər yetirməklə yanaşı, səbəbsiz atışmaya səbəb olmaqla insanların sağlamlığı və həyatını təhdid altında qoyub", - məlumatda deyilir.
Lakin sual yaranır - bu zaman Avropa İttifaqının (Aİ) müşahidə missiyası harada idi?
Aİ-nin Ermənistandakı monitorinq missiyası ötən ilin yanvar ayında fəaliyyətə başlayıb. İlkin olaraq gələn əməkdaşların sayı 100 nəfər idi. Lakin artıq dekabr ayında onların sayı artaraq 209 nəfərə çatıb. Doğrudanmı bunlardan heç biri vaxtında reaksiya verəcək vəziyyətdə deyildi?
Aİ missiyasının insidentə heç bir reaksiya verməməsi artıq xəbər verir ki, avropalılar bu məsuliyyəti öz üzərinə götürməyə sadəcə hazır deyil.
Artıq ilk dəfə deyil ki, avropalılar susur və ya guya bəzi erməni kəndlərinə çıxış imkanlarının olmadığını deyərək özlərinə bəraət qazandırır. Ötən ilin fevral ayında bənzər insident baş verən zaman Aİ missiyası məsuliyyəti rus sərhədçilərin üzərinə atdı.
Bəs onda onların öhdəlikləri nədən ibarətdir? Təkcə bu ilin mart ayında Ermənistan parlamenti Aİ ilə müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib. Bu saziş missiyanın fəaliyyətini tənzimləməli və funksiyalarını təyin etməli idi. Müşahidəçilərin son il ərzində nə işlə məşğul olduğu məlum deyil.
Aydındır ki, bütün bu müddət ərzində avropalılar öz erməni dostlarını müdafiə ediblər. Ermənistan tərəfi artıq məsuliyyəti öz üzərinə götürüb, Aİ isə onları ört-basdır eləməyə davam edir. Budur, "durbin diplomatiyası" yenə də işə yaramadı.
Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirir ki, Ermənistan ərazisində Avropa missiyasının mandatını daha iki il müddətinə uzatmaq olar. Avropalıların yenə də heç bir iş görməyərək tamamilə yararsız olduqlarını sübut etmələrindən başqa, mandatlarının uzadılması Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və tərəflər arasında sülh sazişi yolunda növbəti maneədir. Bununla belə, Paşinyan bildirir ki, Bakı və İrəvan bütün problemləri müstəqil şəkildə, üçüncü şəxslər olmadan həll etməlidir. Ermənistan rəhbərliyi bəs nəyə nail olmağa çalışır? (Trend)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm