Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Paytaxtın Hövsan qəsəbəsinin 8 Noyabr küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət səbəbindən 120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.

"Marşrutların fəaliyyət istiqamətləri belə olacaq: 120 nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – Səməd Vurğun parkı; 120E nömrəli marşrut Hövsan yaşayış kompleksi (MİDA) – Səməd Vurğun parkı; 121E nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – metronun “Əhmədli” stansiyası", - məlumatda qeyd olunub.