Ursula von der Leyen: Çinin Rusiyaya qarşı bütün təsir imkanlarından istifadə edəcəyinə ümid edirik
Ursula von der Leyen: Çinin Rusiyaya qarşı bütün təsir imkanlarından istifadə edəcəyinə ümid edirik
11:37 06.05.2024
Dünya
522
"Fikir ayrılığı olan məsələlərdə açıq və səmimi fikir mübadiləmiz oldu".
Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Parisdə Aİ, Fransa və Çin rəhbərlərinin üçtərəfli görüşünün yekununa dair mətbuata açıqlamasında deyib.
O bildirib ki, müzakirələr zamanı geosiyasi vəziyyət, Aİ və Çin arasında iqtisadi tərəfdaşlıq və iqlim məsələsi gündəmdə olub.
"Biz Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsini dayandırmaq üçün Çinin Rusiyaya qarşı bütün təsir imkanlarından istifadə edəcəyinə ümid edirik. Prezident Si Cinpin Rusiyanın məsuliyyətsiz nüvə təhdidlərinin aradan qaldırılmasında mühüm rol oynayıb və mən əminəm ki, Rusiya tərəfindən davam edən nüvə təhlükələri fonunda prezident Si Cinpin bunu davam etdirəcək.
Biz həmçinin Çinin Rusiyaya heç bir ölümcül silahlar verməməsi ilə bağlı öhdəliyini müzakirə etdik. İkili məqsəd üçün istifadə edilən malların Rusiyaya çatdırılmasının qarşısını almaq üçün daha çox səy göstərmək lazımdır", - Avropa Komissiyasının Prezidenti vurğulayıb.
O əlavə edib ki, tərəflər İranın Yaxın Şərqdəki rolu barədə də fikir mübadiləsi aparıblar: "Biz həmçinin İranın Yaxın Şərqdə stabilliyə birbaşa təhdid olduğunu müzakirə etdik və biz inanırıq ki, Çin İranın regionda məsuliyyətsiz addımların məhdudlaşdırılmasında vacib rol oynaya bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət