Bakı Enerji Forumunun ikinci günü başladı
Yusif Nəzərli
05:48 06.06.2024
Gündəm
355
Bakı Enerji Forumunun ikinci günü başlayıb.
Sherg.az xəbər verir ki, forumun ikinci günündə keçiriləcək panel müzakirələrində "Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu", "Xəzər regionunda kəşfiyyat və hasilat imkanları", "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı", "Uğurlu enerji keçidində insan kapitalının rolu" və "Yaşıl gündəliyin imkanlarının genişləndirilməsi: Yaşıl planetin tərəqqisinə nail olmaq üçün strategiyalar və COP29" kimi mövzular müzakirə olunacaq.
Qeyd edək ki, 5 və 6 iyun tarixlərində Bakı Enerji Həftəsi çərçivəsində ekoloji konsepsiyaya əsasən inşa edilmiş Bakı Konqres Mərkəzində Xəzər regionunun enerji sahəsindəki ən mühüm tədbirlərindən biri - 29-cu Bakı Enerji Forumu keçirilir.
Bakı Enerji Forumu Azərbaycan Respublikası Energetika Nazirliyinin dəstəyi ilə keçirilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə tədbirin əsas tərəfdaşıdır. Forum ilk dəfədir ki, OPEC-in dəstəyi ilə keçirilir.
Forumda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.
Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və "yaşıl" enerji layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə bağlıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millətlər Liqası: bu gün daha 10 oyun baş tutacaq
11:07 29.09.2026
Futbol
Qarabağ Universitetinin müəllimi həbs olundu - Səbəb
10:54 29.09.2026
Hadisə
Qaradağda 30 yaşlı kişi evdə aldığı xəsarətdən ölüb
10:41 29.09.2026
Hadisə
UEFA Mbappeni 3 oyunluq cəzalandırdı
10:34 29.09.2026
Futbol
Rusiya Paşinyanın yerinə Qaregini gətirmək istəyir - Şirinyan
10:05 29.09.2026
Region
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
08:48 29.09.2026
Sosial
Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...
08:27 29.09.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:22 29.09.2026
İnfrastruktur
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
07:50 29.09.2026
Maraqlı
Yuxuya gedərkən qıcolma epileptik ocağı göstərə bilər
07:17 29.09.2026
Sağlamlıq
“Alfonsları sevirəm…”
06:46 29.09.2026
Şou
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya