
Əlisahib Hüseynov: Azərbaycan özünü dünya enerji siyasətinin əsas aktorlarından biri kimi təsdiqləyib
Əlisahib Hüseynov: Azərbaycan özünü dünya enerji siyasətinin əsas aktorlarından biri kimi təsdiqləyib
08:42 06.06.2024
Gündəm
501
Qlobal həmrəylik üçün zəmin yaranır
“Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinə ev sahibliyi edir. Bakı Enerji Həftəsinin ölkəmizdə keçirilməsi qlobal əhəmiyyətli hadisədir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Azərbaycan özünü dünya enerji siyasətinin əsas aktorlarından biri kimi təsdiqləyib deyib.
AHK sədrinin sözlərinə görə, bu tədbir enerjinin inkişafına, dayanıqlılığa və bizi daha parlaq, daha səmərəli gələcəyə doğru istiqamətləndirən beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsinə davamlı sadiqliyimizin təzahürüdür:

“Prezident İlham Əliyev də Bakı Ekspo Mərkəzində keçirilən bu sərgilərin açılışında iştirak edib və öz çıxışında bir sıra aktual məqamlara toxunub. Həmçinin tədbir çərçivəsində dövlətimizin başçısı, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir ilə birlikdə Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyub. Prezident İlham Əliyev sərgilərin açılış mərasimindəki çıxışında Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin Bakıda ilk dəfə 30 il öncə, 1994-cü ildə keçirildiyini və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində bu tədbirin çox vacib rol oynadığını, eləcə də ötən illər ərzində tədbirin miqyasının daha da genişləndiyini və artıq Bakı Enerji Həftəsi adlandırıldığını vurğulayıb. Beləliklə, Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji və s. əhatə edir. Dövlət başçısı onu da qeyd edib ki, son 30 il ərzində imzalanan bütün müqavilələr Azərbaycan tərəfindən yüksək məsuliyyətlə və vaxtında həyata keçirilib. Həmin müqavilələr parlament səviyyəsində ratifikasiya edilib və qanun şəklində imzalanıb. Yəni həmin müqavilələrin bir sözü, bir ifadəsi belə dəyişdirilməyib. “Bizim vədlərimiz, sözümüz imzamız qədər dəyərlidir”, – deyə Prezident vurğulayıb. Məhz bunun nəticəsidir ki, bu gün yaşıl enerji, bərpaolunan enerji məsələsində də xarici tərəfdaşlardan Azərbaycana qarşı eyni güvənli münasibət, eyni maraq müşahidə olunur. 30 illik təcrübə onu deməyə əsas verir ki, Azərbaycan öz tərəfdaşlarının etimadını qazanmağı bacarıb.
Prezident həmçinin COP29-a ev sahibliyi etməyin məsuliyyəti barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb və deyib ki, biz COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklini çox yaxşı dərk edirik. Maraqlıdır ki, ABŞ Prezidenti Cozef Bayden də 29-cu Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi təbrik məktubunda bu məsələyə toxunub və müsbət fikirlərini bildirib”.
Ə.Hüseynovun sözlərinə görə, Azərbaycan özünü dünya enerji siyasətinin əsas aktorlarından biri kimi təsdiqləyib:
“Enerji təhlükəsizliyi, enerji səmərəliliyi (enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi), ətraf mühitin qorunması və iqlim fəaliyyəti, bərpa olunan enerji kimi aktual istiqamətləri özünün enerji siyasətinin əsas prioritetləri hesab edən Azərbaycan hazırda dünyanın (xüsusən də Avropa İttifaqının) enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu gün öz işinə başlayan Bakı Enerji Həftəsinə olan beynəlxalq maraq da bu həqiqəti təsdiqləyir. Azərbaycan yeni enerji siyasəti ilə qlobal həmrəylik üçün zəmin yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millətlər Liqası: bu gün daha 10 oyun baş tutacaq
11:07 29.09.2026
Futbol
Qarabağ Universitetinin müəllimi həbs olundu - Səbəb
10:54 29.09.2026
Hadisə
Qaradağda 30 yaşlı kişi evdə aldığı xəsarətdən ölüb
10:41 29.09.2026
Hadisə
UEFA Mbappeni 3 oyunluq cəzalandırdı
10:34 29.09.2026
Futbol
Rusiya Paşinyanın yerinə Qaregini gətirmək istəyir - Şirinyan
10:05 29.09.2026
Region
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
08:48 29.09.2026
Sosial
Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...
08:27 29.09.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:22 29.09.2026
İnfrastruktur
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
07:50 29.09.2026
Maraqlı
Yuxuya gedərkən qıcolma epileptik ocağı göstərə bilər
07:17 29.09.2026
Sağlamlıq
“Alfonsları sevirəm…”
06:46 29.09.2026
Şou
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya