Prezidentin köməkçisi: COP29 uğurla başa çatdı, Almaniya XİN başçısının Azərbaycana qarşı ittihamları qəbuledilməzdir
Yusif Nəzərli
06:21 24.11.2024
COP29
1739
COP29 uğurla başa çatdı.
Sherg.az-ın xəbərinə görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə X-da paylaşımında bildirib.
Hikmət Hacıyev qeyd edib ki, mühüm nailiyyətlər arasında yeni maliyyə hədəfinin müəyyən edilməsi yer alıb və qlobal iqlim fəaliyyətinin tarixində “Bakı sıçrayışı” kimi iz buraxıb: “Bununla belə, danışıqların ən kritik və çətin anlarında inkişaf etməkdə olan dünya və Qlobal Cənub Avropa İttifaqından, ümumilikdə isə Qərbdən konkret maliyyə öhdəlikləri gözlədiyi bir vaxtda Almaniyanın xarici işlər naziri Annalena Baerbokun Azərbaycana qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi. Təəssüflər olsun ki, xanım Baerbok Almaniyanın qarşıdan gələn seçkilərini çoxtərəfli diplomatiya ilə birləşdirib, ehtimal ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə cəhd göstərir. O, həmçinin hesab etməli idi ki, Avropanın liderlik nümayiş etdirə bilmədiyi, dünyanın geosiyasi baxımdan dərin qütbləşdiyi bir vaxtda bu çətin danışıqlar Almaniya kansleri və Avropa Komissiyasının iştirakı olmadan baş verdi. Lakin biz Almaniya və Avropa İttifaqının iqlim danışıqları üzrə qruplarının peşəkar töhfələrini və əməkdaşlığını qəbul edirik.
Dünya şahiddir ki, Azərbaycan COP29-un ev sahibi və sədri kimi nəticələrin əldə edilməsi üçün vicdanlı vasitəçi kimi çıxış etmişdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm