
Biz regionda dayanıqlı sülh istəyirik -RƏY
Yusif Nəzərli
04:16 24.11.2024
Siyasət
502
Azərbaycan Ermənistanı yeni müharibə niyyətlərindən çəkindirmə, düşməni neytrallaşdırma siyasətini həyata keçirir
Bildiyimiz kimi, 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin artırılması nəzərdə tutulur. Dövlət büdcəsinin layihəsində növbəti il üçün müdafiə və təhlükəsizlik xərclərinin ümumilikdə 8 milyard 396 milyon manat olacağı göstərilib. Beləliklə, Ermənistanda silahlanmanın miqyasını nəzərə alaraq Prezident İlham Əliyevin göstərişinə əsasən müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılıb. Ekspertlərə görə, Azərbaycanın bu addımı atması Ermənistanın və onun havadarlarının regionda hərbi eskalasiyanı artıran revanşist, militarist planlarından irəli gəlir. Bir tərəfdən "sülh" demaqogiyasını davam etdirən Ermənistan hakimiyyəti, digər tərəfdən isə genişmiqyaslı silahlanma, ordu quruculuğu siyasətini həyata keçirir. Fransa, Avropa İttifaqı (Aİ), ABŞ, İran, Kanada, Hindistan kimi havadarları Ermənistanı sülhə yox, revanşizmə hazırlayır.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, rəsmi Bakının İrəvanın silahlanma kursuna cavab tədbirləri müstəvisində 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərini artırması təbii haldır. Ekspertə görə, Azərbaycan sadəcə olaraq bu addımı atmağa məcburdur:

"Bakı İrəvanın militarizasiya siyasətinə adekvat cavab verir. Biz Cənubi Qafqazda yeni qarşıdurmaların baş verməsində maraqlı olan qüvvələrin Ermənistanı silahlandırmasına və onu yeni müharibəyə hazırlaşdırmalarına reaksiya verməyə bilmərik. Azərbaycan öz müdafiə xərclərini artırmaqla Ermənistanı yeni müharibə niyyətlərindən çəkindirmə, düşməni neytrallaşdırma siyasətini həyata keçirir. Bu addım eyni zamanda, təhlükəsizliyimizin təmin olunmasına xidmət edir. Bu mənada Ermənistanın sürətlə silahlanması şər məqsədə - yeni hərbi eskalasiyaya xidmət edirsə, Azərbaycanın müdafiə xərclərini artırması isə sözügedən eskalasiya cəhdlərini dayandırmağa və regionda sabitliyi qoruyub saxlamağa xidmət edir. Dünya birliyi iki ölkənin silahlanma və müdafiə siyasətləri arasındakı bu ciddi fərqə xüsusilə diqqət yetirməlidir".
Analitik diqqətə çatdırıb ki, Fransanın, Hindistanın və digər maraqlı qüvvələrin Ermənistanı regionun silah cəbbəxanasına çevirmək planları həmçinin BMT Təhlükəsizlik Şurasının (TŞ) da diqqətindən yayınmamalıdır:
"TŞ-nin daimi üzvlərindən biri olaraq Fransanın Ermənistana ən müasir silahları ötürərək, onu Azərbaycana qarşı üçüncü müharibəyə təhrik etmək cəhdlərinin qarşısı alınmalıdır. Fransa Ermənistanı silahlandırmaqla olduqca təhlükəli oyun oynayır. Dünya birliyi Fransanın Ermənistanı silahlandırmaq cəhdlərinə mane olmalıdır. Əks təqdirdə, Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün müdafiə xərclərinin artırmaqdan başqa bir yolu qalmır. Prezident İlham Əliyev bütün çıxışlarında, görüşlərində dəfələrlə qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb, artıq müharibə dövrü arxada qalıb, indi yeni dövr - quruculuq dövrü, postmünaqişə dövrü başlayıb və biz regionda dayanıqlı sülh istəyirik. Ancaq Ermənistan tərəfi silahlanma siyasətindən imtina etmək istəmirsə, biz müharibəyə hər an hazırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə