
Hasan Oktay: Türkiyə Azərbaycanın Suriya və İsraillə bağlı mövqeyini heç vaxt mənfi qiymətləndirməyib
10:52 09.01.2025
Siyasət
529
“Bəli, biz çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi və bu münasibətlə Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir. Çünki Suriya Türkiyə ilə həmsərhəd olan ölkədir və hər bir ölkə öz sərhədlərinin kənarında vəziyyəti sabit görmək istəyir. O cümlədən terrordan, PKK terrorundan əziyyət çəkən Türkiyə haqlı olaraq öz sərhədlərinin hüdudlarından o biri tərəfdə terrorun ləğv edilməsini tələb edir və nəinki tələb edir və buna nail olur”.
Bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
“Artıq mən bu məsələyə öz münasibətimi bildirdim. Türkiyənin Suriyanın inkişafındakı rolu, əlbəttə ki, çox əhəmiyyətlidir və mən Əsəd rejiminin çökməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, həm bu münasibətlə bir-birimizi təbrik etmişik, həm də bildirdim ki, biz də Türkiyənin yanında olmağa hazırıq və bunu etməyə də başlamışıq. Türkiyənin dəstəyi ilə birinci yardım karvanı da yola düşdü. Çünki Türkiyənin dəstəyi və logistik dəstəyi olmasaydı, bu, mümkün ola bilməzdi. Eyni zamanda, bizim Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin oraya göndərilməsi də Türkiyənin dəstəyi ilə olub. Yəni, biz istəyirik, burada öz töhfəmizi verək ki, Türkiyənin heç olmasa bu sərhədində terrora son qoyulsun və hesab edirəm ki, bu, çox ciddi geosiyasi dəyişiklik olacaq, böyük coğrafiyada sülhün, sabitliyin, əməkdaşlığın bərqərar olmasına gətirib çıxaracaq. Təbii ki, Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir. Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay “Sherg.az”a bildirib ki, Türkiyə və Azərbaycan bir-biri ilə anlaşan ən yaxşı dövlətlər hesab olunur:

“Bundan əlavə, hər bir dövlətin həmişə xarici siyasət prioritetləri olmalıdır. Türkiyə İranın Yaxın Şərq, Qüds və Fələstin siyasətlərində ciddi şəkildə iştirak edərkən və İran strategiyasına uyğun siyasətlər həyata keçirərkən, bundan ən çox zərəri özü gördü. Amma Azərbaycan bu prosesdə daha ehtiyatlı davrandı. Yəni Azərbaycanın xarici siyasət prioritetləri ilə Türkiyənin prioritetləri arasında zaman-zaman bu cür fərqlərin yaranması tamamilə normaldır. Türkiyə İsraillə bağlı İranla eyni siyasət aparsa da, İran Suriya ilə bağlı Türkiyəyə qarşı siyasət həyata keçirdi. Nəticə etibarilə İran və Rusiya Suriyada mövqeyini itirdi. İndi isə Türkiyə Suriya ilə münasibətləri digər ölkələrin siyasətlərindən fərqli şəkildə aparır. Həmçinin Türkiyə Azərbaycanın Suriya və İsraillə bağlı mövqeyini heç vaxt mənfi qiymətləndirməyib. Əslində, Türkiyədə bir çox iranlı kəşfiyyatçılar Azərbaycanın İsrailə neft satması ilə bağlı ictimai rəy yaratmasına baxmayaraq, Türkiyə-Azərbaycan münasibətləri çox yaxşı səviyyədə davam edir. Qarşıdan gələn prosesdə İlham Əliyevin bəyanatları çox önəmlidir. Türkiyə Azərbaycanın regiondakı bütün risklərini öz üzərinə götürəcək, buna uyğun həll yolları tapacaq və yaxın gələcəkdə İran tərəfindən rəsmi Bakıya qarşı hücumların qarşısını alacaq. Burada Türkiyə, Ermənistan və Azərbaycanın üzərinə düşən çox vacib bir addım var ki, bu da üçtərəfli sülhün təcili olaraq həyata keçirilməsidir. İranın son bir ayda Azərbaycan və Türkiyə əleyhinə verdiyi bəyanatları bu yolla aradan qaldırması da yaxşı olardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət