Trampın Cənubi Qafqazda sülhə maraqlı olduğu verdiyi bəyanatlardan da bəllidir -ŞƏRH
11:49 16.01.2025
Cənubi Qafqaz
705
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün "qızıl fürsətə" malikdir. Bu barədə “Voll Strit Journal” bildirib. Qeyd olunub ki, bu iki ölkə öz fikir ayrılıqlarını həll etməyə can atır və bu, ABŞ-ın maraqlarına xidmət edəcək.
Tramp Ukraynada müharibəni həll etməklə bağlı vəd verib, amma demək asandır, etmək çətin. Daha az səy tələb edən, lakin əhəmiyyətli faydalar vəd verən sülh imkanı var. Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən düşmənçiliyə son qoymaq. İki ölkə son bir il ərzində danışıqlar aparıb və dönüş nöqtəsindədirlər. İki müharibəyə səbəb olan bu münaqişənin həlli əlçatandır.
Politoloq Aytən Qurbanova “Sherg.az”a vurğulayıb ki, Tramp administrasiyası dövründə Amerikanın Cənubi Qafqaz siyasəti sələfindən fərqli olaraq daha çox sülh və sabitliyin təmin olunması istiqamətində real addımların atılması ilə müşayiət oluna bilər:
“Xüsusilə də, sülh danışıqları çərçivəsində 17 bənddən 15 bənd üzrə razılıq əldə olunduğunu nəzərə alsaq, sülhə kifayət qədər yaxın olduğumuzu aydın şəkildə ifadə edə bilərik. İndiki məqamda Amerikanın ya da hər hansı bir üçüncü tərəfin sülhə töhfə verə biləcək əsas addımı Ermənistanın silahlandırılmasının dərhal dayandırılaraq öhdəliklərin icrası ilə bağlı təsir mexanizmlərindən istifadə olunması ola bilər. Trampın da bu istiqamətdə addımların atılmasında maraqlı olduğunu verilən bəyanatlardan müşahidə etmək mümkündür. Ona görə də, onun prezidentliyi dövrü ilə bağlı ssenarilər daha çox qlobal sistemin münaqişələrinin həlli və ya hərbi əməliyyatların aktiv olduğu bölgələrdə atəşkəsin əldə olunması mərhələsinə daxil olacağı ilə bağlı ehtimalları xüsusilə diqqət mərkəzində saxlamağa imkan verir. Təbii ki, bu ehtimallar nə qədər real olsa da, mövcud şəraitdə Ermənistanın silahlandırlmasında birbaşa iştirak edərək sülhə mane olan dövlətlərdən birinin də məhz ABŞ olduğunu unutmamaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə