
Tərəflər gec-tez vasitəçilər sayəsində masa arxasına əyləşəcəklər - ŞƏRH
08:43 03.04.2025
Siyasət
489
ABŞ sadəcə olaraq təkid edir ki, İran nüvə proqramı ilə bağlı danışıqlara başlasın, güzəştlərə getsin, uranı zənginləşdirməsin
İrana qarşı mümkün hücum Amerika, İsrail və ya onların hər ikisi tərəfindən birgə həyata keçirilə bilər. Bu barədə İsrailin Kanal-14 televiziyası məlumat yayıb. Bildirilib ki, İsrail və ABŞ misli görünməmiş zərbə vurmaqla təkcə İranın nüvə proqramını yox, həm də SEPAH-ı iflic vəziyyətə salmaq niyyətindədirlər. Bu zərbə İslam Respublikasının ciddi zəifləməsinə və hətta süqutuna səbəb ola bilər. Kanal əlavə edib ki, Trampın son təhdidləri ilə yanaşı, İsrail Hərbi Hava Qüvvələrinin intensiv təlimləri İranın nüvə obyektlərinə belə bir hücuma hazırlığın ciddi əlamətləridir.
Qeyd edək ki, ABŞ İrana pilotsuz uçuş aparatları və silah istehsalında dəstək verən 6 qurum və iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib. Bildirilib ki, bu qurumlar İranda PUA istehsalı ilə məşğuldur. Tehran Vaşinqtonun İrandakı maraqlarının müdafiəçisi kimi İsveçrənin Tehrandakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb. Onun diqqətinə çatdırılıb ki, Donald Trampın nüvə razılaşması əldə olunmadığı təqdirdə İranı bombalayacağı xəbərdarlığından sonra İran İsveçrə nümayəndəsini XİN-ə çağırıb və diplomata etiraz notası təqdim olunub. Görüşdə İran XİN-in Amerika üzrə Baş İdarəsinin rəisi İsa Kamili İsveçrə səfirliyinin müvəqqəti işlər vəkilinə etirazını bildirərək, İranın belə təhdidlərə qəti şəkildə cavab verəcəyini bəyan edib. İsveçrəli diplomat İranın etirazını tezliklə ABŞ tərəfinə çatdıracağını bildirib. Məlumat üçün deyək ki, ötən gün Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə İranın misli görünməmiş bomba hücumuna məruz qalacağı ilə bağlı xəbərdarlıq etmişdi. İranın ali rəhbəri Əli Xamenei isə bəyan edib ki, ABŞ prezidenti İrana hücum edərsə, güclü zərbə ilə üzləşəcək.
Politoloq Fikrət Sadıqov "Sherg.az"a deyib ki, ABŞ və İranı müqayisə etmək mümkün və düzgün deyil. Ekspert bildirib ki, ABŞ böyük və nəhəng dövlətdir, nüvə silahına sahib ölkədir:

"ABŞ bir sıra regionlarda ağalıq edir, bəzi məsələləri ölkələrə diktə edir. ABŞ-İran əlaqələri uzun zamandır gərgin vəziyyətdədir. ABŞ-ni sadəcə olaraq İranın nüvə silahı əldə etməsi narahat etmir. Yaxın Şərqdə bir sıra proksi qüvvələrə dəstək verilməsi də Vaşinqtonu narahat edir. ABŞ hesab edir ki, İran terrorçulara dəstək verir. İran açıq şəkildə bəyan edir ki, üçlüklə danışmağa hazırdır. Üçlük Böyük Britaniya, Almaniya və Fransadır. Vaxtı ilə belə bir sövdələşmə var idi. Hətta saziş də imzalanmışdı. Sonradan ABŞ-də Respublikaçılar hakimiyyətə gələndə proses pozuldu, saziş qüvvədən düşdü. İran rəhbərliyi hesab edir ki, yenidən danışıqlara getmək, ABŞ ilə saziş imzalamaq tamamilə mənasızdır. Çünki etimad etmir. Amma burada bir sıra məqamlar var".
Analitik qeyd edib ki, İranın xarici işlər naziri İrəvanda səfərdə olarkən deyib ki, ABŞ Prezidenti D.Trampın məktubuna hələlik cavab verilməyib:
"Yəni bu, o deməkdir ki, cavab verilməsi hazırlıq vəziyyətindədir. İran ABŞ ilə birbaşa danışıqlara maraq göstərmir. Bunu İranın dini rəhbəri açıq formada bəyan edir. Tehran hökuməti Qərblə görüşdə vasitəçilərin olmasını istəyir. Təbii ki, burada vasitəçilərin kim olacağı, ABŞ-nin bununla razılaşıb-razılaşmayacağı bəlli deyil. Ağ Ev öz mövqeyini bildirməyib. ABŞ sadəcə olaraq təkid edir ki, İran nüvə proqramı ilə bağlı danışıqlara başlasın, güzəştlərə getsin, uranı zənginləşdirməsin. ABŞ hesab edir ki, bu, onlar və İsrail üçün böyük təhlükədir. Fikrimcə, tərəflər gec-tez vasitəçilər sayəsində masa arxasına əyləşəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm