30 il səssiz qaldılar, indi əndişədədirlər
Turan
08:49 20.11.2020
Siyasət
776
"Artıq gecdir, qatar çoxdan yola düşüb. Qələbədən sonra tamamilə yeni mərhələ başlayıb"
"Rusiya, Türkiyə və Azərbaycanın iştirakı ilə aktiv həll prosesinin təməli qoyulub"
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Dağlıq Qarabağdakı vəziyyəti nəzərdən keçirəcək. Aİ rəsmisi söyləyib ki, problemin siyasi həlli üçün Avropa ölkələrinin prosesə müdaxiləsi şərtdir: “Siyasi həll yolunu tapmaq üçün zəruri olan atəşkəsi alqışlayırıq. Aİ üzvü olan Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və Avropa İttifaqı bu münaqişənin həllində siyasi rol oynamaq istəyir. Nazirlərin görüşündə bu məsələ müzakirə mövzusu olacaq”. Xatırladaq ki, ötən gün ABŞ və Fransa diplomatları Moskvada Qarabağ müzakirələri aparıblar.
Ekspertlərin fikrincə, Rusiyanın problemin çözümündə oynadığı əsaslı rol Qərb dairələrini narahat etməkdədir. O səbəbdən istənilən formada prosesdə yer almağa cəhd göstərirlər.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov “Şərq”ə deyib ki, Qərbin nüfuzlu təşkilatları və aparıcı dövlətləri Azərbaycanın qələbəsindən narahat olduqları üçün sonrakı proseslərin içində yer almaq niyyətindədir. Analitikin sözlərinə görə, Azərbaycan rəhbərliyi müharibədən qabaq dəfələrlə beynəlxalq qurumlara çağırış etdi ki, Ermənistanın təcavüzünə son verilməsə, işğalçıya “dur” deyilməsə, bunu Ordumuz özü edəcək:
“Əfsuslar olsun ki, dünya gücləri və vasitəçilər münaqişənin həlli ilə yox, konkret uzadılması ilə məşğul oldular. Nəticədə hərbi əməliyyatlar başladı və Azərbaycan Ordusu öz gücü ilə işğalçı erməniləri torpaqlarından qovdu. Avropa ölkələri, ATƏT-in Minsk qrupunun həmsədrləri məsələyə ciddi yanaşsaydı, problem başqa cür həll edilərdi.
Artıq gecdir, qatar çoxdan yola düşüb. Qələbədən sonra tamamilə yeni mərhələ başlayıb. Rusiya, Türkiyə və Azərbaycanın iştirakı ilə aktiv həll prosesinin təməli qoyulub. İndiki məqamda hansısa Avropa ölkəsinin yersiz müdaxiləsi, “mən də varam” prinsipi ilə hərəkətə keçməsi arzuolunmaz problemlərə gətirib çıxara bilər. Problemin birdəfəlik çözümündə maraqlı olan bütün qüvvələr əvvəlcə beynəlxalq hüquqa hörmət etməyi öyrənməlidir.
Əsasən, qərəzli Fransanın çağırışları, ermənipərəst açıqlamaları Cənubi Qafqazdakı proseslərə ziyan verir və münaqişənin yenidən alovlanmasına xidmət edir. Fransa xarici siyasətində çox diqqətli olmalı və tərəfli yanaşması ilə onsuz da olmayan nüfuzunu tamamilə məhv etməməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm