
Trampın “ən pis” portretini çəkən rəssam təhlükə altındadır - FOTO
Yusif Nəzərli
18:42 20.04.2025
Gündəm
579
ABŞ Prezidenti Donald Trampın “ən pis” portretini çəkən britaniyalı rəssam Sara A. Bordmanın sözlərinə görə, bu portret onun karyerasını təhlükə altına salıb.
Bordman 2019-cu ildə ABŞ-ın Kolorado ştatının paytaxtı Denverdə yerləşən ştat parlamenti binası üçün Trampın rəsmi portretini hazırlayıb və bu portret altı il ərzində binada asılıb.

Lakin Tramp ötən ay sosial media hesabında paylaşdığı açıqlamada portretin üzərində qəsdən dəyişiklik edildiyini iddia edib. O, rəssamın sabiq prezident Barak Obama üçün hazırladığı portreti “mükəmməl” adlandırsa da, öz portretini “həqiqətən ən pis” kimi dəyərləndirib.
Sara A. Bordman bu açıqlamalardan sonra ilk dəfə danışaraq niyyətinin, dürüstlüyünün və peşəkarlığının şübhə altına alındığını bildirib. O, Trampın tənqidlərini rədd edib və portreti tam dürüstlük və peşəkar yanaşma ilə işlədiyini, əsərdə qəsdən hər hansı bir təhrif, siyasi mövqe və ya karikatura üslubu olmadığını vurğulayıb.
"CNN International"ın xəbərinə görə, rəssam Trampın rəyə sahib olmaq hüququnu qəbul etdiyini, lakin “qəsdən pis çəkilib” kimi ittihamların və “yaşlandıqca qabiliyyətini itirib” tənqidlərinin onun 41 illik sənət karyerasına mənfi təsir etdiyini deyib.
Bordman həmçinin qeyd edib ki, bu vəziyyət onun karyerasının bərpası ilə bağlı narahatlıqlar yaratmağa başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:28 10.11.2026
Ekologiya