Çində yeni virus yayıldı - COVID-19 məhdudiyyətləri qayıtdı
01:16 07.08.2025
Dünya
332
Çin Çikungunya virusuna görə COVID-19 məhdudiyyətlərini yenidən tətbiq etməyə başlayıb.
“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, bu ölkədə 10 mindən çox Çikungunya virusuna yoluxma hadisəsi qeydə alınıb. Onlardan 7 mini iyulda olub.
Nəşrin məlumatına görə, Quanqdonq əyalətinin Foşan şəhərində virusa 7 min yoluxma hadisəsi qeydə alınıb.
Yağışlar və havaların isti keçməsi səbəbindən orada infeksiya daşıyıcısı olan ağcaqanadların aktiv şəkildə çoxaldığı, amma ölənlərin olmadığı bildirilir.
Bu səbəbdən də əyalət səlahiyyətliləri, COVID-19 pandemiyası zamanı mövcud olan bəzi məhdudiyyətləri tətbiq etmək barədə qərar verib. Sakinlər yenidən tibbi maska taxmağa başlayıb.
Digər əyalətlərin bəzi şəhərləri Foşandan gələnlərə məhdudiyyətlər qoyub.
Qeyd edilir ki, Çikungunya virusu yoluxmuş ağcaqanadların insanları dişləməsi ilə ötürülür. Virus insandan insana keçmir.
Simptomlara gəlincə, virusa yoluxanlarda temperaturun 40 dərəcəyə qədər yüksəlməsi, baş ağrıları, oynaqlarda və əzələlərdə şiddətli ağrılar, ürəkbulanma, zəiflik, səpgilər müşahidə olunur.
“Corona 2.0” adlandırılan bu xəstəliyin əlamətləri yoluxan andan bir həftə müddətində özünü biruzə verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou