Abdullah Ağar: Türkiyənin qarşısında üç seçim dayanır
Yusif Nəzərli
09:31 30.09.2025
Siyasət
399
"Keçmişimizdə bir mübahisə vardı: “İngilis müstəmləkəsi olaq, yoxsa Amerika mandatı?” Maraqlıdır ki, bu gün də oxşar vəziyyət yaşanır. Türkiyə ABŞ-ı İngiltərə üzərindən tarazlamağa çalışır. İçəridə isə “İngilispərəst” və “Amerikapərəst” mövqelər arasında gərginlik görünür. Əslində sual sadədir: Türkiyə İngilis müstəmləkəsi olacaq, Amerikan mandatına çevriləcək, yoxsa çətin də olsa özünə yaraşan müstəqil bir yol tapacaq"?
Bu sözləri Sherg.az-a açıqlamasında Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar söyləyib.
Onun sözlərinə görə, bu məqamda “həqiqi Türk, həqiqi Müsəlman, həqiqi Atatürkçü” kimliyini daşıyaraq, tarixi məsuliyyətin yerinə yetirilməsi zəruridir:
"Tramp və komandası açıq mesaj verir: “Biz legitimlik verək, siz bizim üçün bir şey edin.” Bu isə daxili siyasətdə dəstək qarşılığında strateji güzəştlər deməkdir. Türkiyədən enerji, müdafiə, resurs, geosiyasi mövqe və terrorla mübarizədə tavizlər tələb olunur. Əvəzində isə strateji asılılıq və müstəqilliyin aşınması riski ortaya çıxır. Söhbət yalnız S-400-lərdən və ekümeniklik oyunlarından getmir. Bu məsələlərin hər biri risklidir, amma mövzu daha dərin və daha təhlükəlidir. Tramp və komandası Türkiyəyə belə bir mesaj verir: “Biz sənə hakimiyyətini qoruma şansı veririk, sən isə Qəzzə, İran, Rusiya, Çin məsələlərində bizimlə uyğun davranırsan.” Bu isə son dərəcə təhlükəli perspektivdir".
Ağar qeyd edib ki, İngiltərə xəttində də ağır nəticələr özünü göstərir:
"Terrorla mübarizədə güzəştlər, Qəzzə və Suriya böhranı, Iqtisadi çətinliklər, Strateji suverenliyin aşınması və.s. “City of London”dan alınan borclar günü xilas etsə də, gələcəyi daha qaranlıq hala gətirib. İngiltərə balansı fonunda Türkiyənin strateji müstəqilliyi səssizcə zəiflədilib, daxili inanc və ictimai bütövlük isə daha dərin qeyri-müəyyənliyə sürüklənib. Bu, açıq müharibə ilə deyil, anlayışlar, inanc sistemləri, maliyyə bağları və algı oyunları vasitəsilə həyata keçirilən “səssiz müstəmləkəçilik”dir. İndi isə əsas suallar ortaya çıxır:
* Türkiyə ABŞ–İngiltərə münasibət sistemində yeni bir statusmu axtarır?
* Bu balans mümkündürmü?
* ABŞ təzyiqləri həll oluna bilərmi?
* Balans axtarışı strateji suverenlik gətirəcəkmi, yoxsa “ikiqat düyüm” sindromu yaradacaq?
Əgər bu düyümlər açıla bilməsə, Türkiyə daxilində, sərhədlərdən kənarda və qlobal sistemdə daha ağır nəticələr doğa bilər".
Ekspert əlavə edib ki, Türkiyə qarşısında üç seçim dayanır:
"İngiltərə yönlü Avrasyacılıq, ABŞ yönlü Atlantikçilik, Atlantik içində savrulmaq. “Çarə müstəqil Avrasyaçılıqdadır” deyənlər var. Amma doğrudanmı müstəqil bir Avrasiya mövcuddur? Rusiyanın “ana torpağı”, İngiltərənin “kənar kəməri” paylaşdığı gündən bəri Avrasiyanın kimyası və mexanizmi sual altındadır. Həqiqi çıxış yolu nə İngilis müstəmləkəsi, nə ABŞ mandatı, nə də onların arasında sovrulmaqdır. Çıxış – strateji müstəqilliyin təmin olunmasıdır. Bunun yolu isə enerji, ərzaq, texnologiya, müdafiə və maliyyə müstəqilliyini qurmaqdan, inanc sistemini yad təsirlərdən təmizləməkdən və ən əsası – həqiqi Türk, həqiqi Müsəlman, həqiqi Atatürkçü kimliyini eyni anda daşıya bilməkdən keçir.
Tarixdə də məhz bu kimliklər bütün mandat, işğal və müstəmləkə oyunlarını pozmuş, Türkiyəni həm Türk və İslam dünyası, həm də bəşəriyyət üçün ümid və ilham mənbəyinə çevirmişdi. Bəs bu gün bütün bunları kim edəcək? Cavab – güzgüyə baxan hər birimizdədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə